Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Rəqəmsal dələduzluq ilə mübarizə bölməsinin aparıcı Mütəxəssisi

Rəqəmsal dələduzluq ilə mübarizə bölməsinin aparıcı Mütəxəssisi

Bu gün

68

Təsvir

  • Müştəri əməliyyatlarının (kart, internet bankçılıq, mobil bankçılıq, POS və ATM əməliyyatları) real vaxt rejimində monitorinqinin aparılması;
  • Kart və digər rəqəmsal kanallar üzrə baş verən dələduzluq insidentlərinin təhlili, trendlərin və qabaqcıl təcrübələrin izlənilməsi;
  • Monitoring komandasının işinə nəzarət və koordinasiya olunması;
  • Dələduzluq insidentlərinin təhlili və qarşısının alınması məqsədilə müvafiq tədbirlərin görülməsi;
  • Rəqəmsal dələduzluq hadisələrinin araşdırılmasına dəstək olmaq, saxtakarlıq sxemlərini müəyyənləşdirmək və onların qarşısının alınması üçün təkliflərin hazırlanması;
  • Trendləri izləmək, sxemləri müəyyənləşdirmək və potensial saxtakarlıq sxemlərini proqnozlaşdırmaq üçün analitik vasitələrdən istifadə etmək;
  • Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Mövcud risklərin müəyyən olunması və onların azaldılması üzrə təkliflər planının hazırlanması;
  • Erkən xəbərdarlıq sisteminin qurulması və təkmilləşdirilməsində iştirak;
  • Bölməyə daxil olan daxili və xarici sorğuların təhlili, cavablandırılması və müvafiq araşdırmaların aparılması;
  • Komanda və layihə fəaliyyətlərində fəal iştirak.

Tələblər

  • Kompüter elmləri, statistika, iqtisadiyyat, informasiya sistemləri və ya informasiya təhlükəsizliyi üzrə bakalavr təhsili; 
  • Bank əməliyyatları, ödəniş sistemləri və kart texnologiyaları sahəsində biliklər;
  • Hüquqi və texniki sənədlərlə (Playbook, FAQ və s.) işləmə təcrübəsi;
  • Kart əməliyyatları, mobil bankçılıq və digər ödəniş alətləri sahəsində bank və ya fintech sahəsində təcrübə;
  • Azərbaycan dili – əla, İngilis dili – texniki terminologiya səviyyəsində, Rus dili biliyi – arzu olunandır;
  • Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook və s.) və sorğu idarəetmə sistemləri (JIRA, OTRS və s.) ilə işləmə bacarığı;
  • SQL (Oracle) üzrə biliklər;
  • Güclü analitik düşüncə qabiliyyəti, məxfi məlumatlarla işləməkdə yüksək məsuliyyət və etibarlılıq;
  • Məsuliyyətli, operativ və komanda ilə işləmə bacarığı.


Üstünlüklərimiz;

  • Strateji əhəmiyyətli sahədə iş – şirkətin maliyyə təhlükəsizliyinin və müştəri etimadının qorunmasında birbaşa rol;
  • Rəqəmsal texnologiyalarla işləmək imkanı – analitika, monitorinq və risk idarəetmə alətləri ilə praktiki təcrübə;
  • Peşəkar inkişaf və öyrənmə – daxili təlimlər, real keyslər üzərində işləmə imkanı;
  • Analitik və tənqidi düşüncənin inkişafı – mürəkkəb dələduzluq sxemlərinin aşkarlanması və qarşısının alınması;
  • Komanda işi və strukturlarmış proseslər – İT, hüquq və biznes bölmələri ilə sıx əməkdaşlıq.

Vakansiya haqqında

Son tarix

February 8, 2026

Paylaşılıb

dekabr 30, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə