Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Rəqəmsal dələduzluq ilə mübarizə bölməsinin Kiçik mütəxəssisi

Rəqəmsal dələduzluq ilə mübarizə bölməsinin Kiçik mütəxəssisi

Bu gün

6

Təsvir

  • Müştəri əməliyyatlarının (kart, internet bankçılıq, mobil bankçılıq, POS və ATM əməliyyatları) real vaxt rejimində monitorinqinin aparılması;
  • Monitorinq sistemi vasitəsilə daxil olan xəbərdarlıqların təhlili və müvafiq tədbirlərin görülməsi;
  • Kart və digər rəqəmsal kanallar üzrə baş verən dələduzluq insidentlərinin təhlili, trendlərin və qabaqcıl təcrübələrin izlənilməsi, qabaqlayıcı tədbirlərin və qaydalarda dəyişikliklərin təşəbbüs edilməsi;
  • Risk göstəricilərinin müəyyən edilməsi və təkrarlanan ssenarilərin qarşısının alınması məqsədilə təkliflərin hazırlanması;
  • Rəqəmsal dələduzluq üzrə daxil olan müraciətlərin və şübhəli əməliyyatların təhlili, həmçinin müştərilərlə kommunikasiyanın aparılması;
  • Nəticələrə əsasən plana uyğun tədbirlərin həyata keçirilməsi;
  • Qrupun səlahiyyətində olan məsələlər üzrə daxili və xarici sorğuların idarə olunması.


Üstünlüklərimiz:


  • Könüllü tibbi sığorta;
  • Bank sektorunda karyera qurmaq və təcrübə qazanmaq imkanı;
  • Rəqəmsal təhlükəsizlik və dələduzluqla mübarizə sahəsində praktiki biliklərin artırılması;



Tələblər

  • Kompüter elmləri, statistika, iqtisadiyyat, informasiya sistemləri və ya informasiya təhlükəsizliyi üzrə bakalavr təhsili arzuolunandır;
  • Bank əməliyyatları, ödəniş sistemləri və kart texnologiyaları sahəsində biliklər arzuolunandır;
  • Kart əməliyyatları, mobil bankçılıq və digər ödəniş alətləri sahəsində bank və ya fintech təcrübəsi arzuolunandır;
  • Azərbaycan dilində sərbəst, ingilis dilində texniki terminologiya səviyyəsində, rus dilində isə arzuolunan səviyyədə bilik;
  • Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook və s.) və sorğu idarəetmə sistemləri (JIRA, OTRS və s.) ilə işləmə bacarığı;
  • SQL (Oracle) üzrə bilik və DQL və DML komandaları ilə işləmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti və detallara diqqətlilik;
  • Məsuliyyətlilik, operativlik və komanda ilə işləmək bacarığı;
  • Yeni texnoloji alətləri öyrənməyə açıqlıq.

Vakansiya haqqında

Son tarix

October 17, 2026

Paylaşılıb

sentyabr 17, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə