Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Satışın təhlili və tədbirlər üzrə Mütəxəssis

Satışın təhlili və tədbirlər üzrə Mütəxəssis

Dünən

336

Təsvir

  • Birbaşa satış prosesini təşkil etmək, kredit məhsullarının satışını təmin etmək və satışa dəstək planlarının hazırlanmasında iştirak, icrasını təmin etmək;
  • Bazarın təhlili, məhsullar barədə tələbi müəyyənləşdirmək, məhsul istiqamətləri üzrə satışları təhlil etmək və məhsul effektivliyinə nəzarət etmək;
  • Filiallar tərəfindən yaranmış ehtiyacların ödənilməsi məqsədi ilə müraciətləri qəbul etmək, aidiyyatı üzrə yönləndirmək, müştəri seqmentlərini əhatə etmək üçün tədbirlər planını hazırlamaq və həllinin reallaşdırılması baxımından tədbirlər görmək;
  • Satış üzrə hesabatları əldə etmək və araşdırmaq;
  • İllik və cari əməliyyat planlarını müəyyənləşdirmək;
  • Məhsullar/xidmətlərin göstəriciləri haqqında operativ, keyfiyyətli və fasiləsiz informasiya mübadiləsini təmin etmək;
  • Prosedurlarda göstərilmiş qaydalardan kənarlaşmaların aradan qaldırılmasını nəzərdə tutan tədbirlər həyata keçirmək;
  • Kredit prosedurunun təkmilləşdirilməsi üzrə təkliflər vermək;
  • Rəqib bankların araşdırılması istiqamətində tədbirlər görmək;
  • Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə fəaliyyətini mövcud Əsasnaməyə, bankdaxili prosedur və qaydalara uyğun həyata keçirmək;
  • Rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Müvafiq sahə üzrə bakalavr təhsili;
  • Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
  • Kompüterdən əla səviyyədə istifadə etmək bacarığı (Windows, MS Office (Word, Excel, Outlook));
  • SQL bilikləri üstünlükdür;
  • Azərbaycan dilində sərbəst danışıq;
  • Rus və ingilis dili bilikləri arzuolunandır;
  • Kollektivlə ünsiyyət qurmaq bacarığı;
  • Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı.



Vakansiya haqqında

Son tarix

May 28, 2025

Paylaşılıb

aprel 18, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə