Bankın şəbəkə infrastrukturu, serverləri, sistemləri və kritik xidmətlərinin fasiləsiz monitorinqinin həyata keçirilməsi;
Monitorinq platformaları (Zabbix, Grafana, PRTG və s.) vasitəsilə sistemlərin real vaxt rejimində izlənilməsi;
Aşkar olunan nasazlıqlar, performans zəifləmələri və kritik xətələr barədə müvafiq administratorların, mühəndislərin və məsul şəxslərin SMS, telefon zəngi və ya digər operativ vasitələrlə məlumatlandırılması;
Xətanın xarakterinə uyğun olaraq insidentlərin vaxtında eskalasiya olunması (NOC → Network → Systems → Security və s.);
Şəbəkə və xidmətlərin əlçatanlığına təsir göstərə biləcək risklərin əvvəlcədən müəyyən edilməsi və preventiv xəbərdarlıqların verilməsi;
İlkin diaqnostika tədbirlərinin həyata keçirilməsi.
Üstünlüklərimiz:
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Güclü komanda və bilik mübadiləsi mühiti;
Rahat və müasir iş şəraiti;
Tibbi sığorta.
Tələblər
Müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili;
İT və ya şəbəkə inzibatçılığı sahəsində minimum 1–2 il iş təcrübəsi (NOC sahəsində təcrübə üstünlükdür);
Monitorinq alətləri (Zabbix, Grafana və s.) ilə işləmək bacarığı;
IP, Ping, Traceroute, DNS və HTTP/HTTPS status kodları üzrə baza bilikləri;
İnsidentlərin təsnifatı və eskalasiya prosedurları üzrə anlayış;
Növbəli (shift) iş rejimində işləmək imkanı;
Analitik düşüncə, yüksək diqqətlilik və operativ qərarvermə bacarığı.