Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Şəbəkə İdarəetməsi və Əməliyyatları Şöbəsinin Mütəxəssisi (NOC engineer)

Şəbəkə İdarəetməsi və Əməliyyatları Şöbəsinin Mütəxəssisi (NOC engineer)

Bu gün

4

Təsvir

  • İnfrastrukturun, şəbəkə və biznes servislərinin 24/7 monitorinqinin həyata keçirilməsi, insidentlərə operativ reaksiya verilməsi;
  • Monitorinq sistemləri və dashboard-larla iş: Zabbix, Grafana və digər müşahidə və nəzarət platformaları;
  • Nasazlıqların ilkin diaqnostikasının aparılması, texniki məlumatların toplanması və müəyyən edilmiş prosedurlara uyğun eskalasiyanın həyata keçirilməsi;
  • İnsidentlərin qeydiyyatı, izlənməsi və həlli prosesində aidiyyəti komandalarla koordinasiya;
  • Post-incident review prosesində iştirak, runbook, əməliyyat təlimatları və texniki sənədlərin hazırlanması və yenilənməsi;
  • İT infrastrukturu, DevOps və İnformasiya Təhlükəsizliyi komandaları ilə sıx əməkdaşlıq;
  • Monitorinq və əməliyyat proseslərinin təkmilləşdirilməsi üzrə təşəbbüslərdə iştirak;
  • Mövcud sistemlər üzrə read-only rejimdə monitorinqin aparılması, təhlil və ilkin texniki araşdırmaların həyata keçirilməsi.


Üstünlüklərimiz:


  • Peşəkar inkişaf və karyera artımı imkanları;
  • Güclü texniki komanda ilə işləmək imkanı;
  • Müasir infrastruktur və yüksək yüklü sistemlərlə praktiki iş təcrübəsi;
  • Bank və fintech sahəsində real layihələrdə iştirak imkanı;
  • Dinamik və peşəkar iş mühiti.

Tələblər

  • NOC, Operations və ya oxşar istiqamətdə iş təcrübəsi;
  • Monitorinq və insidentlərin idarə olunması üzrə praktiki biliklər;
  • Zabbix və Grafana ilə işləmək bacarığı;
  • Şəbəkə texnologiyaları, virtuallaşdırma, yük balanslaşdırılması və WAF üzrə baza bilikləri;
  • Linux əməliyyat sistemi və komanda sətri ilə işləmək bacarığı;
  • Loqların oxunması, ilkin texniki analiz və problemlərin diaqnostikası bacarığı;
  • Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis dili biliyi üstünlük hesab olunur);
  • ELK/Kibana, Prometheus və digər monitorinq alətləri ilə təcrübə üstünlükdür;
  • Kubernetes və konteyner platformaları üzrə baza bilikləri üstünlükdür;
  • CCNA, JNCIA, Network+, LFCA, Linux+, RHCSA və ya digər uyğun sertifikatların olması üstünlükdür;
  • Maliyyə, bank və ya yüksək yüklü İT mühitində iş təcrübəsi üstünlükdür.

Vakansiya haqqında

Son tarix

April 15, 2026

Paylaşılıb

mart 16, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə