Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Soft Yığım Şöbəsinin kiçik mütəxəssisi

Soft Yığım Şöbəsinin kiçik mütəxəssisi

Bu gün

26

Təsvir

  • Gecikmədə olan kredit borclarının ödənilməsinin təmin edilməsi məqsədilə təhkim olunmuş portfel üzrə müştərilərlə gündəlik telefon əlaqəsi yaratmaq, qanunvericiliyin, bankdaxili normativ sənədlərin və müştəri ilə bağlanmış müqavilələrin tələblərinə uyğun olaraq müvafiq tədbirləri həyata keçirmək;
  • Müştərinin maliyyə vəziyyətini və problemini araşdırmaq, zərurət yarandıqda kredit öhdəliklərinin sağlamlaşdırılması məqsədilə restrukturizasiya və ya müddət uzadılması həllərini təqdim etmək;
  • Müştəriləri mövcud kampaniyalar, yeniliklər və tətbiq olunan qaydalar barədə məlumatlandırmaq;
  • Müştərilərlə aparılan danışıqların nəticələrini müvafiq informasiya sistemlərində dəqiq və vaxtında qeydiyyata almaq;
  • Zənglər zamanı daxil olan müştəri təklifləri, şikayətləri və problemləri toplamaq, təhlil etmək və ümumiləşdirilmiş şəkildə rəhbərliyə təqdim etmək;
  • Gündəlik fəaliyyət göstəriciləri üzrə hesabatların hazırlanmasını və təqdim edilməsini təmin etmək


Tələblər

  • Ali təhsil;
  • MS Office proqramları (Word, Excel, Outlook) üzrə yaxşı istifadəçi səviyyəsində biliklər;
  • Rus dili biliyi üstünlük hesab olunur;
  • Yüksək ünsiyyət, danışıqların aparılması və təqdimat bacarıqları;
  • Verilmiş məlumatları təhlil etmək və nəticəyönümlü şəkildə tətbiq etmək bacarığı;
  • Təşəbbüskar, məsuliyyətli və komanda ilə effektiv əməkdaşlıq etmək bacarığı


Vakansiya haqqında

Son tarix

July 10, 2026

Paylaşılıb

iyun 10, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə