Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Təlim və İnkişaf üzrə Aparıcı /Baş Mütəxəssis

Təlim və İnkişaf üzrə Aparıcı /Baş Mütəxəssis

Bu gün

27

Təsvir

  • İllik təlim planının hazırlanmasının təşkili, plana uyğun və plandan kənar daxili və xarici təlimlərin idarə edilməsi;
  • Təlim iştirakçılarının qeydiyyatı, məlumat bazasının və təlimçi bazasının formalaşdırılması və inkişafı, təlim qruplarının idarə edilməsi;
  • Təlimlər, attestasiyalar və qiymətləndirmə proseslərinin təşkili, nəticələrin idarə edilməsi, sənədləşmə, daxili proqram təminatında qeydlərin aparılması və hesabatların hazırlanması;
  • Seminar, forum, konfrans və təcrübə mübadiləsi proqramlarında iştirakın təşkili, xarici təlim mərkəzləri ilə əməkdaşlıq, danışıqların, sənədləşmə və ödənişlərin idarə edilməsi;
  • Yerli və xarici Universitetlər ilə əlaqələrin qurulması, inkişaf və təcrübə proqramlarının təşkili;
  • Əməkdaşların məmnunluq və bağlılıq sorğularının təşkili, nəticələrin təhlili və inkişaf planlarının hazırlanması;
  • Fəaliyyət sahəsinə aid qayda, prosedur və korporativ aktların hazırlanması və yenilənməsi, effektivliyin artırılması üzrə təkliflərin verilməsi və icrası;
  • İstedadların idarə olunması və davamçıların yetişdirilməsi təşəbbüslərinə dəstək və koordinasiya;
  • Karyera planlaması layihəsinin hazırlanması və həyata keçirilməsi prosesinə dəstək;
  • Bank Rəhbərliyinin qərar və əmrlərini rəhbər tutaraq, İnsan Kapitalının İdarə Edilməsi Departamentinin Direktoru və Təşkilati İnkişaf Şöbəsinin Müdirinin digər tapşırıqlarının icrası.


Tələblər

  • Ali təhsil
  • Təlim və İnkişaf, karyera planlaması sahələri üzrə minimum 2–3 il iş təcrübəsi;
  • MS Office proqramlarından yaxşı istifadə bacarığı;
  • Yüksək araşdırma və analitik düşünmə bacarığı;
  • Güclü kommunikasiya və təşkilatçılıq bacarıqları;
  • Nəticəyönümlülük və təqdimat bacarığı;
  • Rus və ya ingilis dillərində mükəmməl səviyyədə bilik;
  • HR sertifikatı üstünlükdür



Vakansiya haqqında

Son tarix

November 22, 2026

Paylaşılıb

oktyabr 23, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Mütəxəssis

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə