Bu gün
148
Vəzifə haqqında məlumat:
İş şəraiti
• İş yeri: Şirkətin ofisi
• İş rejimi: 5 günlük iş həftəsi;
• İş vaxtı: 09:00 - 18:00, nahar fasiləsi 13:00-14:00
• Rəqabətli əmək haqqı, mütəmadi artım və vəzifə artımı imkanları;
• Korporativ mühitdə dinamik gənc kollektivlə işləmək, peşəkar məlumat və təcrübə mübadiləsi imkanı.
Vəzifə öhdəlikləri:
1. Şirkətin kadr proseslərini və kadr sənədləşməsini icra etmək, kadr proseslərinin və sənədləşmənin gizliliyini təmin etmək:
1.1. Əmək müqavilələrinin bağlanması, müqavilələrə dəyişiklik, əmək müqaviləsinə xitam üzrə sənədləşməni, 1C proqramında və e-hökumət portallarında müvafiq əməliyyatları icra etmək;
1.2. Heyətin şəxsi işlərini formalaşdırmaq, sənədlərin kağız və rəqəmsal daşıyıcılarda (1C) toplanıb saxlanmasını təmin etmək;
1.3. İşçilərin staj, imtiyaz, ailə tərkibi, əlillik, hərbi xidmət kimi məlumatlarının uçotu və nəzarət, bu məlumatlara uyğun qanunvericiliyin tələblərini yerinə yetirmək;
1.4. Məzuniyyətlərin uçotunu aparmaq, işçilərin vaxtı-vaxtında məzuniyyətə çıxmasına nəzarət etmək. Əmək qanunvericiliyinə uyğun olaraq məzuniyyət əmrlərinin işləmək, müvafiq sənədləşməni və 1C proqramında əməliyyatı icra etmək;
2. İşə qəbul mərhələlərini təşkil etmək və müvafiq prosedurları icra etmək:
2.1. Səlahiyyətli şəxslə razılaşdırıb vakansiya elanlarını hazırlamaq, yerləşdirmək;
2.2. Namizədlərin seçimini, müsahibələri təşkil etmək;
2.3. Seçilmiş namizədlərə iş təkliflərini vəzifə təlimatlarını hazırlayıb təqdim etmək.
3. Adaptasiya mərhələlərini təşkil və icrasına nəzarət etmək (Onboarding, sınaq dövrünün yekunlaşması)
4. Davamiyyətin uçotu və aylıq tabellərin hazırlamaq (1C proqramında icra etmək, sənədləşməni təmin etmək), heyətin nizam-intizamına nəzarət;
5. Əmək haqqı hesablanmasını və əmək haqqı sənədləşməsini icra etmək;
6. Şirkətin təşkilati strukturunu hazırlamaq, dəyişiklikləri ƏMAS və 1C icra etmək;
7. Statistik hesabatlar, Vahid rüblük, illik bəyannamələri icra etmək;
8. Şirkətin qoşulduğu satınalma müsabiqələri üçün İnsan resurslarına aid sənəd, məlumat və hesabatları hazırlayıb təqdim etmək;
Namizədə dair tələblər
Təhsili: Ali (İqtisadiyyatın maliyyə, biznesin idarə edilməsi, menecment sahələri istiqaməti üstünlük)
İş təcrübəsi: İnsan resursları sahəsində 1 il iş təcrübəsi;
Dil bilikləri:
Azərbaycan dili – C2 səviyyə (səlis işgüzar yazılı və şifahi ünsiyyət)
Rus dili – B2 səviyyə (Orta səviyyəli danışıq, sərbəst işguzar yazışmalar bacarığı);
Peşəkar bacarıqlar:
Şəxsi keyfiyyətləri:
Son tarix
July 30, 2025
Paylaşılıb
iyul 4, 2025
Vakansiya növü
Tam ştat
AQA Şirkətlər Qrupu ● Bakı, Azərbaycan
Bu gün
164
Unibank Kommersiya Bankı ● Bakı, Azərbaycan
Bu gün
107
Yelo Bank ASC ● Lənkəran, Azərbaycan
Bu gün
68
"Azərbaycan Hava Yolları" QSC ● Bakı, Azərbaycan
Bu gün
236