
Vəzifə öhdəlikləri:
1. Yeni layihələrin uğurlu start alması üçün ilkin mərhələdə fəal iştirak və funksional dəstək göstərmək;
2. Şirkətin yeni partnyorları ilə layihələrin tələblərini, mərhələləri dəqiqləşdirmək və gündəlik əməliyyat proseslərində effektiv dəstək vermək;
3. 1C-ERP sistemləri qurmaq üçün addımların ardıcıllığı üzrə texniki komandaya tapşırıqlar tərtib etmək, vaxtında və keyfiyyətli icrasına təmin etmək:
4. Yeni qurulmuş 1C-ERP sistemlərin funksiyalarını test edib texniki nasazlıqları vaxtında aşkarlayıb aidiyyəti komandaya bildirmək;
5. 1C-ERP sistemlərin istifadə qaydaları ilə bağlı sənədlərin hazırlanması və mütəmadi olaraq aktual vəziyyətdə saxlanılmasını təmin etmək.
İş şəraiti:
• İş yeri: Şirkətin ofisi;
• İş rejimi: 5 günlük iş həftəsi, iş vaxtı: 09:00 - 18:00, nahar fasiləsi 13:00-14:00
• Rəqabətli əmək haqqı, mütəmadi artım və vəzifə artımı imkanları;
• Vəzifəsi üzrə beynəlxalq peşəkar təlimlərlə təmin olunma və sertifikatlaşdırma imkanı;
• Nüfuzlu biznes təşkilatların qabaqcıl layihələrində peşəkar təcrübə qazanmaq, networking imkanı;
• Korporativ mühitdə dinamik gənc kollektivlə işləmək, peşəkar məlumat və təcrübə mübadiləsi imkanı.
• Ali təhsil (Biznes informatikası, Maliyyə, Mühasibat uçotu və ya əlaqəli sahələr üzrə ixtisaslar üstünlük təşkil edir);
• Uyğun sahədə ilkin iş təcrübəsi arzuolunandır;
• Azərbaycan dilində sərbəst işgüzar yazılı və şifahi ünsiyyət bacarığı (C1),
rus dili üzrə B1 səviyyəsi;
İngilis dili bilikləri əlavə üstünlükdür;
• MS Office proqramlarında sərbəst işləmək bacarığı (xüsusilə MS Excel üzrə yaxşı səviyyə);
• ERP sistemləri və biznes prosesləri (maliyyə, insan resursları, təchizat zənciri və s.) haqqında ilkin anlayışlara malik olmaq arzuolunandır;
• Həm müstəqil şəkildə, həm də komanda daxilində effektiv çalışma qabiliyyəti;
• Məsuliyyətli, intizamlı, dəqiq;
• Tapşırıqları düzgün prioritetləşdirmək, iş vaxtını və iş prosesini düzgün planlaya bilmək.
Son tarix
February 14, 2026
Paylaşılıb
yanvar 22, 2026
Vakansiya növü
Tam ştat
Vəzifə dərəcəsi
Gənc mütəxəssis
Təhsil
Bakalavr

SAMT LLC ● Sumqayıt, Azərbaycan
24-12-2025
2.4K

PASHA Bank ● Bakı, Azərbaycan
Bu gün
89

Yelo Bank ASC ● Bakı, Azərbaycan
Bu gün
83

AMOGROUP ● Bakı, Azərbaycan
Bu gün
99