Brend portfelinin satış strategiyasının hazırlanması, həyata keçirilməsi və davamlı optimallaşdırılmasını təmin etmək;
Partnyorlarla gündəlik operativ kommunikasiya və işgüzar yazışmaları idarə etmək;
Satış göstəricilərinin və məhsul modellərinin mütəmadi təhlilini aparmaq, əldə olunan nəticələri sifariş planlaması və məhsul çeşidinin formalaşdırılması prosesində tətbiq etmək;
Məhsulların stok səviyyəsinə daimi nəzarət etmək;
Satış nöqtələrinə müntəzəm səfərlər etmək (ən azı həftədə bir dəfə), brendlərin vizual təqdimatına, merchandising standartlarına və məhsulların düzgün düzülüşünə nəzarət etmək;
Tərəfdaşlarla əməkdaşlıq şərtlərinin müəyyənləşdirilməsi, müqavilələrin hazırlanması, razılaşdırılması, imzalanması və icrasının son mərhələyədək koordinasiyasını təmin etmək;
Məhsul qalıqlarının vəziyyətinə və saxlanma şəraitinə nəzarət etmək, personalın müvafiq qaydalara riayət etməsini təmin etmək, qüsurlu məhsullar aşkar edildiyi halda istehsalçını dərhal məlumatlandırmaq və müqavilə şərtlərinə uyğun həll mexanizmlərinin tətbiqini təşkil etmək;
Çatdırılma prosesində yaranan uyğunsuzluqları araşdırmaq, səbəblərini müəyyən etmək və problemlərin operativ şəkildə aradan qaldırılmasını təmin etmək;
İllik sərgi və tədbirlər planını hazırlayaraq rəhbərliyə təqdim etmək, şirkətin iştirakının strateji əhəmiyyət daşıdığı sərgiləri və bunun əsaslandırılmasını müəyyən etmək;
Xarici və yerli tərəfdaşların və qonaqların qarşılanması, səfərlərinin təşkili və bütün əlaqəli inzibati məsələlərin koordinasiyasını həyata keçirmək;
Brendlər üzrə satış nöqtələrinin performansını təhlil etmək, kolleksiyalar, qiymət seqmentləri və modellər üzrə satış statistikasını hazırlamaq, əldə olunan məlumatlar əsasında məhsulların satış nöqtələri arasında optimal bölgüsünü təmin etmək;
Əmək şəraiti:
İş rejimi: 5 günlük (09:00-18:00);
İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;
Ümumi xidməti nəqliyyat və naharla təmin edilmə;
Ödənişsiz parkinq imkanı.
Tələblər
Cinsi: Qadın;
Təhsil: Ali təhsil;
Yaş: 25-35 yaş;
Təcrübə: 3 il satış sahəsində;
Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək (B2);
Güclü ünsiyyət, təqdimat və təşkilatçılıq bacarıqları;