"VİP Xidmətlər Qrupu" MMC
Ana səhifə
/
/
/
Keyfiyyət üzrə kiçik mütəxəssis

Keyfiyyət üzrə kiçik mütəxəssis

Bu gün

17

Təsvir

Vəzifə öhdəlikləri:

İnteqrasiya olunmuş Menecment Sistemi (İMS) üzrə sənədlərin (prosedur, reqlament, təlimat və s.) hazırlanmasında, yenilənməsində və reviziya (yenidən baxılma) prosesində aktiv iştirak etmək;

Baş vermiş uyğunsuzluqlar və daxil olan şikayətlər üzrə aparılan araşdırmaların nəticələrinə əsasən, müəyyən olunmuş düzəldici və önləyici tədbirlərin icrasına nəzarət etmək;

Risklərin reyestrini hazırlamaq, mütəmadi yeniləmək və işlək vəziyyətdə saxlanılmasını təmin etmək;

Rəhbərlik tərəfindən müəyyən olunmuş strateji məqsədlərin icrasında və hədəflərə çatılmasında iştirak etmək;

Proseslər üzrə müəyyən olunmuş səmərəlilik göstəricilərini (KPI) faktiki göstəricilərlə müqayisə etmək, təhlil aparmaq və nəticələrə dair hesabatlar hazırlamaq;

Daxili auditlərin keçirilməsində, həmçinin dövlət və xarici təşkilatlar (sertifikasiya qurumları) tərəfindən keçirilən xarici yoxlamalara hazırlıq işlərində iştirak etmək;

İMS rəhbər sənədlərinin ISO 9001 (və digər tətbiq olunan ISO) standartlarının tələblərinə uyğunluğunu qiymətləndirmək və zəruri dəyişiklikləri icra etmək;

Görülmüş işlər üzrə dövri hesabatlar və vizual təqdimatlar hazırlamaq, rəhbərliyə təqdim etmək.


Əmək şəraiti:

  • İş rejimi: 5 günlük (09:00-18:00);
  • İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;
  • Ümumi xidməti nəqliyyat və naharla təmin edilmə;


Tələblər

Təhsil: Ali təhsil;

İş təcrübəsi: Qeyd olunmuş və ya oxşar vəzifə üzrə minimum 1 il iş təcrübəsi;

Dil bilikləri: Rus dili (B1–B2) və İngilis dili (B1–B2);

Kompüter bilikləri: MS Office proqramları (Word, Excel, Outlook) yüksək səviyyədə,1C bilikləri arzuolunandır;

Sertifikat/Biliklər: ISO 9001:2015 "Keyfiyyət Menecment Sistemi Tələbləri" standartı üzrə biliklər arzuolunandır;

Fərdi keyfiyyətlər: Dürüstlük, diqqətlilik, kollektivdə işləmək bacarığı.

Vakansiya haqqında

Son tarix

September 30, 2026

Paylaşılıb

sentyabr 2, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Əmək haqqı

1050 - AZN

Kateqoriya

Digər