"VİP Xidmətlər Qrupu" MMC
Ana səhifə
/
/
/
Qida təhlükəsizliyi üzrə mütəxəssis

Qida təhlükəsizliyi üzrə mütəxəssis

Bu gün

22

Təsvir

Vəzifə öhdəlikləri:


Hava Limanında biznes zallarda təqdim edilən tədarük edilmiş məhsulların qida təhlükəsizliyi sahəsində izlənilməsi sisteminin beynəlxalq standartların tələblərinə - HACCP, ISO 22000, GMP, GHP uyğunluğunu təmin etmək;

Qida məhsullarının qəbulunda və realizasiya prosesində kritik nöqtələrini müəyyən etmək və nəzarət mexanizmini tətbiq etmək;

İşçi heyətinin sanitar-gigiyenik normalarına riayət etməsinə, avadanlıqların və mətbəx alətlərinin təmiz saxlanmasına nəzarət etmək;

Pest kontrolun aparılmasına nəzarət etmək;

Aylıq olaraq izlənmə sisteminə aid olan sənədlərn təhlilini aparmaq və hesabatlar hazırlamaq;

Daxili auditlərdə iştirak etmək və aşkar olunan uyğunsuzluqları müəyyən edərək tənzimləyici tədbirlər hazırlamaq;

Obliqat qrupuna aid əməkdaşların gigiyena sahəsində biliklərinin yoxlanılmasında iştirak etmək;

Qida tədarükçülərinin uyğunluğunu qiymətləndirmək, sertifikat və uyğunluq sənədlərini toplanmaq;

Qida məhsullarının saxlanılmasına və sərnişinlərə təqdim olunmasında qanunvericilik və beynəlxalq standartların tələblərinə cavab verilməsini təmin etmək.

 


Əmək şəraiti:

 

Əmək haqqı: 1300 AZN (gross);

İş rejimi: 5 günlük (09:00-18:00);

İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı.



Təminatlar:


Ümumi xidməti nəqliyyat;

Naharla təmin etmə;

Hava limanı ərazisinə ödənişsiz giriş-çıxış kartı;

Hava limanı ərazisində avtomobil parklama imkanı.

Tələblər

Qida mühəndisliyi, Biologiya, Kimya və bənzəri sahələr;

MS Office programları (Word, Excell, Outlook) üzrə biliklər;

Qida auditi sahəsində ən az 3 il iş təcrübəsi;

Azərbaycan dili, ingilis və rus dilləri (B1-B2);

Qida təhlükəsizliyi sistemləri üzrə HACCP, ISO 22000, GMP, GHP standartlarının tələblərini bilmək. Sahənin beynəlxalq sertifikatlarına sahib olmaq üstünlükdür;

AQTİ tərəfindən verilmiş təlimlər üzrə sertifikatlara sahib olmaq;

Problem həll etmə və risk qiymətləndirmə bacarığı;

Yaxşı sənədləşdirmə və hesabat tərtibi bacarığı.

Vakansiya haqqında

Son tarix

August 28, 2025

Paylaşılıb

avqust 15, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Əmək haqqı

1300 - AZN

Kateqoriya

Digər