17-04-2025
239
Vəzifə öhdəlikləri:
· Xarici təchizatçılar tərəfindən göndərilən malların daşınması prosesini izləmək;
· Gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan sənədlərin rəsmiləşdirmə prosesinə uyğun olduğunu yoxlamaq;
· Xaricdən idxal olunan əmtəə-material dəyərlərinin (ƏMD) gömrük orqanlarında rəsmiləşdirilməsini həyata keçirmək üçün zəruri olan sənədləri müvafiq struktur bölmələrdən tələb etmək və gömrük rəsmiləşdirilməsi işlərini vaxtında həyata keçirmək;
· Gömrük rəsmiləşdirilməsi prosesi zamanı idxal olunan mallar üçün ödənilmiş məbləğin yüklə birlikdə göndərilmiş hesab-fakturaya uyğunluğunu yoxlamaq;
· Malların gömrük rəsmiləşdirilməsini həyata keçirilən zaman say və ya çəki çatışmazlığı, eyni zamanda qablaşdırmada zədələnmə aşkar edildikdə müvafiq aktın tərtib edilməsində iştirak etmək;
· Gömrük rəsmiləşdirilməsi həyata keçirilmiş malların aidiyyatı struktur bölmənin nümayəndəsinə müvafiq say və keyfiyyət tələblərinə uyğun təhvil verilməsini təmin etmək;
· Gömrük rəsmiləşdirilməsi həyata keçirilmiş malların sənədlərinin vaxtında və tam olaraq Maliyyə-İqtisad Xidmətinə təqdim etmək;
· Broker xidmətini təqdim edən şirkətlə qarşılıqlı fəaliyyət görmək.
Əmək şəraiti:
· Əmək haqqı: 1100 AZN (gross) ;
· İş rejimi: 5 günlük (09:00-18:00);
· İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;
· Nəqliyyat və naharla təmin etmə.
· Kişi;
· Ali təhsil;
· Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
· MS Office proqramlarından istifadə;
· A2-B1 səviyyəsində rus və ingilis dilini bilmək;
· Komandada işləmək bacarığı;
· Diqqətlilik və məsuliyyətlilik, idarəetmə bacarığı.
Son tarix
April 24, 2025
Paylaşılıb
aprel 17, 2025
Vakansiya növü
Tam ştat
Təcrübə
1-2 il
Vəzifə dərəcəsi
Mütəxəssis
Təhsil
Bakalavr
Əmək haqqı
1100 - AZN
Unibank Kommersiya Bankı ● Bakı, Azərbaycan
Dünən
178
AccessBank ● Bakı, Azərbaycan
Dünən
133
İnvestAZ İnvestisiya şirkəti ● Bakı, Azərbaycan
Dünən
167
Azərbaycan Dəmir Yolları ● Mincivan
Dünən
93
Azərbaycan Dəmir Yolları ● Gəncə, Azərbaycan
Dünən
171