Bank VTB (Azərbaycan)
Ana səhifə
/
/
/
AML və Komplayens üzrə aparıcı mütəxəssis / baş mütəxəssis

AML və Komplayens üzrə aparıcı mütəxəssis / baş mütəxəssis

Dünən

110

Təsvir

◽ Bankın tələblərinə uyğun olaraq daxili nəzarət prosedurları və daimi cari müşahidə prosedurlarına riayət olunmasının yoxlanılması;

◽ Əməkdaşlar üçün konsultasiyaların keçirilməsi və komplayens məsələləri üzrə bölmələrə metodoloji dəstək (o cümlədən təlimlərin keçirilməsi);

◽ Daxili nəzarət üzrə hesabatların hazırlanması və təqdim edilməsi;

◽ Komplayens məqsədləri üçün daxili normativ sənədlərinin (Əsasnamələr, Təlimatlar, Metodologiyalar və s.) yenilənməsi, dəyişikliklərin daxil edilməsi, təsdiqlənməsi və tətbiqi;

◽ Şirkətdə risklərin qiymətləndirməsinin aparılması və tənzimləyici risklərin aradan qaldırılması/azaldılması üçün tədbirlərin görülməsi;

◽ Yeni məhsulların işə salınması zamanı layihə sənədlərinin təhlili.

Tələblər

◽ Ali hüquq, maliyyə və ya iqtisadi təhsil;

◽ PL/TMM və komplayens sahəsində təcrübə;

◽ Böyük həcmli məlumat və sənədlərlə işləmək bacarığı;

◽ Qərar qəbul etmək bacarığı, məsuliyyət;

◽ PL/TMM sahəsində yerli qanunvericilik, eləcə də beynəlxalq standartlar haqqında biliklər;

◽ Rus dili səlis, ingilis dili biliyi üstünlükdür.


Aşağıdakılara üstünlük veriləcək ⬇️

◽ Müştəri fəaliyyətini və şübhəli fəaliyyət aşkar etmək üçün əməliyyatları təhlil etmək bacarığı;

◽ PL/TMM kontekstində risklərin qiymətləndirilməsi və idarəetmə prosesləri haqqında biliklər;

◽ PL/TMM siyasət və prosedurlarının işlənib hazırlanması və həyata keçirilməsi üzrə bacarıqlar;

◽ Çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin aşkar edilməsi və qarşısının alınması üçün texnologiyalar və alətlərlə iş təcrübəsi (məsələn, əməliyyatların monitorinqi proqramı);

◽ PL/TMM məsələləri üzrə əməkdaşlara təhsil və təlim vermək bacarığı;

◽ Beynəlxalq PL/TMM sertifikatının (CAMS, CGSS) olması;

◽ Bankda komplayens sistemini qurma təcrübəsi;

◽ Təşkilatda proseslərin və nəzarətlərin avtomatlaşdırılması sahəsində təcrübə.


Vakansiya haqqında

Son tarix

August 30, 2025

Paylaşılıb

avqust 4, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər

Oxşar vakansiyalar