Xalq Bank
Ana səhifə
/
/
/
İnformasiya Texnologiyaları İdarəsinin Sistemlərin İdarə Edilməsi Şöbəsinin Aparıcı Mütəxəssisi (Linux və DevOps)

İnformasiya Texnologiyaları İdarəsinin Sistemlərin İdarə Edilməsi Şöbəsinin Aparıcı Mütəxəssisi (Linux və DevOps)

01-12-2025

6.6K

Təsvir

● İT infrastrukturunun və bütün sistemlərin daimi monitorinqi və stabil fəaliyyətinin təmin edilməsi;

● Problemlərin operativ aşkarlanması, analizi və həll olunması;

● Dəyişikliklər, profilaktik işlər və və problemlərlə bağlı lazımi bütün işçi qruplarının məlumatlandırılması;

● Mövcud servislərin dayanıqlılığının və yüksək mövcudluğunun təmin edilməsi;

● Bütün dəyişikliklərin və proseslərin sənədləşdirilməsi;

● Tapşırıqların task management sistemində qeydiyyatı və icrası;

● İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsində iştirak;

● Sistemlərin yenilənməsi, patch-lərin tətbiqi və təhlükəsizlik tövsiyələrinin icrası;

● 24/7 rejimində kritik insidentlərə reaksiyanın verilməsi;

● Şirkətin İT siyasətinə əsasən müasir texnologiyaların tətbiqi və daimi özünüinkişaf.

Tələblər

● İnformasiya texnologiyaları, sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi və ya riyaziyyat üzrə ali təhsil;

● Linux əməliyyat sistemlərinin (RHEL, CentOS, Debian və s.) inzibatçılığı üzrə iş təcrübəsi;

● Bash scripting və sistem avtomatlaşdırılması üzrə praktiki bacarıqlar;

● Virtualizasiya: VMware vCenter ilə iş təcrübəsi;

● Kubernetes və ya OpenShift platformaları üzrə minimum 1 il iş təcrübəsi;

● CKA, CKAD, RHCE, Red Hat OpenShift  sertifikatlarına sahib olması arzuolunandır; Docker və containerization üzrə praktiki təcrübə;

● Registry, image security ilə işləmə bacarıqları arzuolunandır;

● GitOps (ArgoCD) ilə tanışlıq üstünlükdür.

● CI/CD sistemləri ilə təcrübə – GitLab CI, Jenkins;

● Configuration Management alətləri – Ansible, Puppet;

● Autoprovisioning, IaC – Terraform.

● Monitoring sistemləri – Zabbix, Prometheus, Grafana üzrə biliklər;

● Log menecment – Graylog, ELK stack, Loki (arzuolunandır).

● Kafka, RabbitMQ, Redis kimi mesajlaşma və caching sistemləri ilə iş bacarığı (arzuolunandır).

● HashiCorp Vault ilə secret management üzrə təcrübə arzuolunandır;

● Python üzrə əsas biliklər və skript yazmaq bacarığı.

● İngilis və rus dillərində texniki səviyyədə sərbəst oxuma və yazma bacarığı.

●  Sahə üzrə iş təcrübəsi ən azı 3 il təcrübə

Vakansiya haqqında

Son tarix

January 10, 2026

Paylaşılıb

dekabr 1, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə