Xalq Bank
Ana səhifə
/
/
/
İnsan Resursları və İşlər İdarəsinin Sənəd dövriyyəsinin təşkili şöbəsi (Reception)

İnsan Resursları və İşlər İdarəsinin Sənəd dövriyyəsinin təşkili şöbəsi (Reception)

28-10-2026

15.9K

Təsvir

  • Bankın Baş ofisinə kağız daşıyıcıda daxil olan məktub korrespondensiyasını və sənədləri Bankdaxili qaydalara uyğun yoxlamaq, qəbul etmək, qeydiyyatını aparmaq və/və ya aidiyyəti üzrə təqdim edilməsini/göndərilməsini təşkil etmək;
  •  Bankdan göndərilən məktub korrespondensiyalarını çeşidləmək və qeydiyyatını aparmaq;
  • Bankın kuryeri və xidmət müqaviləsi əsasında Bankla əməkdaşlıq edən daşıma şirkətləri vasitəsilə məktubların daşınmasını təmin etmək;
  •  Bankın əməkdaşlarının daxil olan məktublar korrespondensiyaları və bankdan çıxan göndərişlər, onların çatdırılma məlumatları ilə bağlı sorğularının cavablandırılması;
  • Bankla əməkdaşlıq edən daşıma şirkətləri tərəfindən təqdim edilən hesab-fakturaları yoxlamaq, uyğunsuzluq olmadığı halda müvafiq ödənişlərin ödənilməsi məqsədilə sənədləri Bankın Mühasibat uçotu və hesabatlılıq İdarəsinə təqdim etmək.

Tələblər

·        Ali magistr təhsili;

·        Bu sahə üzrə 1 (bir) il iş təcrübəsinin olması arzuolunandır;

·        Azərbaycan dilini mükəmməl, Rus və İngilis dillərini bilən namizədlərə üstünlük veriləcək;

·        Kompüter bilikləri;

·        Ofis ləvazimatları ilə işləmək bacarığı;

·        Komandada işləmək bacarığı;

·        Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;

·        Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;

·        İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

Vakansiya haqqında

Son tarix

November 27, 2026

Paylaşılıb

oktyabr 28, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə