Xalq Bank
Ana səhifə
/
/
/
Kredit İdarəsinin Biznes kreditlərinin təhlili şöbəsinin mütəxəssisi

Kredit İdarəsinin Biznes kreditlərinin təhlili şöbəsinin mütəxəssisi

29-08-2024

5.4K

Bağlanılıb

Təsvir

· Kredit İdarəsinə daxil olmuş biznes kreditləri üzrə müraciətləri almaq və təhlil etmək;

· Aparılmış maliyyə-iqtisadi analizin tamlığının, keyfiyyətinin təhlil edilməsi, kredit rəyinin tərtib edilməsi və kredit sifarişinin bütün tələb olunan sənədlərlə birlikdə kredit komitəsinin müzakirəsinə çıxarılması;

· Daxil olmuş müraciətlərin lazımi tələblərə və limitlərə cavab verilməsinə nəzarət edilməsi;

· Bankın filiallarının Kredit şöbəsinin əməkdaşlarına maliyyə təhlili üzrə lazımi məsləhətlərin verilməsi və onların işinə nəzarət edilməsi;

· Zərurət yarandıqda kredit sifarişini edən müştərilərlə görüşlər keçirmək;

· Bankın kredit portfelinin keyfiyyətinin artırılması məqsədilə müxtəlif mənbələrdən məlumatlar əldə etməklə müxtəlif ssenarilərin təhlili və simulyasiyanın edilməsi.

Tələblər

· İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;

· Biznes kreditləri üzrə təhlil bacarığı və bu sahədə iş təcrübəsi;

· Analoji sahədə (Biznes kreditləri sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;

· Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;

· Analitik düşüncə və detallara fikir vermə qabiliyyəti;

· Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);

· Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;

· Yüksək qavrama və öyrənmə qabiliyyəti;

· Xarici dil bilikləri (rus və ingilis) arzuolunandır.

Vakansiya haqqında

Son tarix

sentyabr 27, 2024

Paylaşılıb

avqust 29, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə