Xalq Bank
Ana səhifə
/
/
/
Kredit İdarəsinin İpoteka kreditlərinin təhlili şöbəsinin mütəxəssisi

Kredit İdarəsinin İpoteka kreditlərinin təhlili şöbəsinin mütəxəssisi

Dünən

1.3K

Təsvir

• Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun və Bankın Daxili İpoteka məhsulları üzrə filialların kredit bölmələrinin əməkdaşlarına lazımi məsləhətlərin verilməsi;

• Bankın əməkdaşlıq etdiyi Fondun elektron sistemləri üzrə işlərin aparılması;

• Bankın əməkdaşlıq etdiyi Fond krediti üzrə Kredit İdarəsinə daxil olmuş müraciətlərin təhlili;

• Aparılmış maliyyə-iqtisadi analizin tamlığının, keyfiyyətinin təhlil edilməsi, kredit rəyinin tərtib edilməsi;

• Bankın kredit əməliyyatlarını maliyyələşdirən dövlət təşkilatları, xarici banklar, beynəlxalq maliyyə təşkilatları, ixrac agentlikləri, Azərbaycan Respublikası qeyri-dövlət maliyyə təşkilatları və digər təşkilatlarla əməkdaşlıq edilməsi, danışıqların aparılması, müxtəlif layihələrin hazırlanmasında iştirak, daxil olmuş sorğular əsasında lazımi sənədlərin hazırlanması və onlara təqdim olunması.



Tələblər

·     İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;

·     Bankda Kredit sahəsində (Biznes və Fond kreditləri sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;

·     Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;

·     Analitik düşüncə və detallara fikir vermə qabiliyyəti;

·     Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);

·     Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;

·     Yüksək qavrama və öyrənmə qabiliyyəti;


Vakansiya haqqında

Son tarix

mart 3, 2025

Paylaşılıb

fevral 4, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Təhsil

Magistr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə