29-08-2024
3.5K
· Yeni kredit məhsullarının yaradılmasına və mövcud kredit məhsullarının təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;
· Yeni kredit məhsullarının yaradılması məqsədilə təkliflər hazırlanan zaman onların Bankın biznes tələblərinə uyğunluğunun müəyyən edilməsi istiqamətində araşdırmalar aparmaq;
· Bankın digər struktur bölmələri ilə birgə yeni kredit məhsullarının tətbiqini və kredit məhsulları üzrə biznes proseslərin optimallaşdırılmasını təşkil etmək;
· Kredit fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Bankın mövcud kredit məhsullarının satış aktivliyini və rəqabət qabiliyyətliliyini daim izləmək və təhlil etmək;
· Kredit məhsullarının inkişaf etdirilməsi məqsədilə rəqabət qabiliyyətliliyini itirmiş kredit məhsullarının şərtlərinin dəyişdirilməsi və ya onların ləğv olunması barədə təkliflər vermək;
· Bankın kredit fəaliyyəti üzrə biznes proseslərin avtomatlaşdırılmasına və Bankın proqram təminatının optimallaşdırılmasına dair texniki tapşırıqlar hazırlamaq;
· Mövcud kredit məhsullarının satışının həyata keçirilməsi istiqamətində, o cümlədən, yeni müştərilərin cəlb olunması və mövcud müştəri bazasının qorunması məqsədilə görülən tədbirlərdə iştirak etmək;
· Bankın kredit fəaliyyətini tənzimləyən, o cümlədən kredit məhsullarının şərtlərini müəyyən edən normativ aktlar aktuallığına nəzarət etmək və zərurət yarandığı təqdirdə onların hazırlanmasında və ya dəyişdirilməsində iştirak etmək;
· İdarə və şöbə rəisinin şöbənin fəaliyyət istiqamətlərinə aid olan sahələr üzrə verdiyi tapşırıqları yerinə yetirmək.
· İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;
· Analoji sahə üzrə minimum 3 (üç) il iş təcrübəsi olmalıdır. Müəyyən hallarda (namizədin təhsili, biliyi və s. nəzərə alınmaqla) iş təcrübəsinə dair tələb edilən müddət azaldıla bilər;
· Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
· Analitik düşüncə və detallara fikir vermə qabiliyyəti;
· Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
· Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
· İşgüzar ünsiyyətin və danışıqlar aparılmasının üsul və metodları bilməli;
· Yüksək qavrama və öyrənmə qabiliyyəti;
· Azərbaycan dili - mükəmməl, xarici dillərin (Rus dili və İngilis dili) qənaətbəxş səviyyədə olması.
Son tarix
sentyabr 27, 2024
Paylaşılıb
avqust 29, 2024
Vakansiya növü
Tam ştat
Xalq Bank ● Bakı, Azərbaycan
20-11-2024
10.1K
Xalq Bank ● Göyçay, Azərbaycan
19-11-2024
2K
Xalq Bank ● Gəncə, Azərbaycan
19-11-2024
4.6K
Xalq Bank ● Xaçmaz, Azərbaycan
19-11-2024
4.5K