Qida sənayesi
Ana səhifə
/
/
/
Baş mühasibin müavini

Baş mühasibin müavini

Bu gün

7

Təsvir

Vəzifə öhdəlikləri:

•            İstehsal olunan məhsulların faktiki maya dəyərinin hesablanması və planlaşdırılan maya dəyəri ilə müqayisəli təhlili.

•            İstehsal prosesində birbaşa və dolayısı xərclərin məhsul vahidi üzərinə düzgün bölüşdürülməsinin təmin edilməsi.

•            Məhsul üzrə reçepturaların 1C proqramına düzgün daxil edilməsinə və dəyişikliklərin izlənilməsinə nəzarət.

•            Mal-material hərəkətinə dair dövriyyə cədvəllərinin yoxlanılması.

•            Normadan artıq itkilərin və zay məhsulların uçotunun aparılması, rəhbərliyə bu barədə hesabat verilməsi.

•            Anbarlarda qalıqların inventarizasiya prosesinin təşkili, nəticələrin 1C mühasibat proqramında rəsmiləşdirilməsi.

•            Elektron Qaimə-Fakturaların tərtibi, daxil olan fakturaların yoxlanılması və təsdiqi.

•            Müəssisənin debitor və kreditor borclarının mütəmadi üzləşmə aktları əsasında yoxlanılması.

•            Daxili və xarici audit yoxlamaları üçün lazımi sənədlərin və məlumat bazasının hazırlanması.

•            Aylıq, rüblük və illik Maliyyə Hesabatlarının hazırlanmasında iştirak.

•            Rəhbərlik üçün istehsalatın səmərəliliyi barədə xüsusi analitik hesabatların tərtib edilməsi. 

Tələblər

Tələblər:

•            Xanım namizəd

•            Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)

•            Istehsal Mühasibi kimi 3 il təcrübə

•            Baş mühasibin müavini kimi 2 il təcrübə

•            Azərbaycan və Rus-dili mütləqdir (ingilis-dili arzu olunandır

•            Microsoft Office proqramlarını bilmək;

•            Kompyuterdə sərbəst işləmək bacarığı (1C, Excel, Elektron Hökümət Portalı)

•            Vergi, əmək qanunvericilikləri üzrə bilikləri olmalı;

•            Analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə bilikləri olmalı;

•            Balansın çıxarılması üzrə bilikləri olmalı; 

•            PMS sertifikatının mövcudluğu tələb olunur

•            ACCA, DipIFR və digər beynəlxalq sertifikatlara sahib olmaq və ya həmin proqramlar üzrə təhsil almaq üstünlük hesab olunur

•            Yaş həddi: 28-45; 

 

 

Digər Məlumatlar:

•            İş qrafiki: 6 günlük

•            Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək

•            Ünvan: Binəqədi yolu 100

•            Nahar şirkət tərəfindən verilir

 

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] ünvanına mövzu yerinə “Baş Mühasibin müavini ”yazaraq göndərmələri xahiş olunur. Əlaqə 0552531364

Vakansiya haqqında

Son tarix

May 21, 2026

Paylaşılıb

aprel 21, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

career-levels.undefined

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə