Departament direktoru və şöbə müdiri tərəfindən verilən göstərişləri icra edir;
İşə qəbul olunan təcrübəçilər (kassa, fiziki şəxslərə xidmət üzrə mütəxəssis, əməliyyatçı, müştəri məsləhətçisi) üçün işə qəbul və biliklərin yoxlanılması məqsədilə testlərin hazırlanması və keçirilməsi;
Qeyri-kredit məhsulları üzrə hesabatların hazırlanması;
Satışın artırılması ilə bağlı təkliflərin hazırlanması;
Kurasiya etdiyi filial əməkdaşlarının (kassa, fiziki şəxslərə xidmət üzrə mütəxəssis, əməliyyatçı, müştəri məsləhətçisi) məzuniyyət və rotasiyalarının planlaşdırılması;
Qeyri-kredit məhsullarının inkişafı, satışı və iş prosesinin təşkili üzrə aidiyyəti struktur bölmələrlə əməkdaşlığın qurulması;
Kurasiya etdiyi filialların əməkdaşlarının (kassa, fiziki şəxslərə xidmət üzrə mütəxəssis, əməliyyatçı, müştəri məsləhətçisi) iş şəraitinin yaradılmasına dəstək göstərilməsi və nəzarət olunması;
Bankın digər struktur bölmələrindən şöbəyə daxil olan sorğuların cavablandırılması;
Rəqabətli təkliflərin, tariflərin əlverişli idarə olunması və paket təkliflərin təqdim edilməsi ilə qeyri-kredit məhsullarının inkişaf etdirilməsi;
Qeyri-kredit məhsullarının satışının həvəsləndirilməsi məqsədilə marketinq proqramlarının və aksiyalarının keçirilməsinə dair təkliflərin hazırlanması və onların icrasında iştirak;
Yeni qeyri-kredit məhsullarının təqdimatı üçün bank infrastrukturunun və cəlb edilən əməkdaşların hazırlanmasına dair tədbirlərin həyata keçirilməsi.
Tələblər
Ali təhsil (iqtisadi, maliyyə sahəsi üzrə təhsil arzuolunandır);
Müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi ;
Analitik düşünmə və təhlil bacarığı;
Komandada işləmək bacarığı;
İşdə dəqiqlik və detallara diqqət yetirmə qabiliyyəti;
Bank fəaliyyətinə dair qanunvericilik və normativ hüquqi sənədlər üzrə biliklər;
Sərbəst Azərbaycan dili biliyi, Rus dili biliyi arzuolunandır;