Bankın fiziki şəxs müştərilərinə xidmət edilməsi, bank məhsulları və tarifləri haqqında müştərilərə məlumatın verilməsi.
Ərazidə fiziki şəxs müştərilərinin banka cəlb edilməsi;
Banka daxil olan müştərilərin aidiyyatı üzrə yönləndirilməsi;
Kreditlə bağlı məlumatların bankın proqramına daxil edilməsi, müvafiq bank hesablarının açılması;
Müştərilər tərəfindən təqdim edilən ödəniş sənədlərinə əsasən onların hesabları üzrə əməliyyatların həyata keçirilməsi;
Nağd pul üzrə mədaxil və məxaric əməliyyatının aparılması;
Konvertasiya əməliyyatlarının həyata keçirilməsi;
Müştərinin hesablaşma-kassa əməliyyatları haqqında məlumatlarının əməliyyat günü ərzində sistemə daxil edilməsi və müvafiq müxabirləşmələrin verilməsi;
Tələblər
Tələblər
Ali təhsil;
Ünsiyyət qurmaq və satış bacarığı;
Yaxşı riyazi biliklər;
Komandada işləmək bacarığı.
Biz Sizə nə təklif edirik
Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
Müasir idarəetmə sistemi və mehriban kollektiv;
Əməkhaqqıdan əlavə, satışlara əsasən bonus sistemi.
Qeyd: Vakansiya yarmştat olaraq təklif olunur. İş saatları sərbəstdir.