Yelo Bank ASC
Ana səhifə
/
/
/
(Bakı) Fiziki şəxslərə xidmət üzrə Təcrübəçi

(Bakı) Fiziki şəxslərə xidmət üzrə Təcrübəçi

28-01-2025

598

Təsvir

  • Bankın fiziki şəxs müştərilərinə xidmət edilməsi, bank məhsulları və tarifləri haqqında müştərilərə məlumatın verilməsi, fiziki şəxs müştərilərinin cəlb edilməsi;
  • Banka daxil olan müştərilərin aidiyyatı üzrə yönləndirilməsi;
  • Kreditlə bağlı məlumatların bankın proqramına daxil edilməsi, müvafiq bank hesablarının açılması;
  • Müştərilər tərəfindən təqdim edilən ödəniş sənədlərinə əsasən onların hesabları üzrə əməliyyatların həyata keçirilməsi;
  • Nağd pul üzrə mədaxil və məxaric əməliyyatının aparılması;
  • Konvertasiya əməliyyatlarının həyata keçirilməsi;
  • Müştərinin hesablaşma-kassa əməliyyatları haqqında məlumatlarının əməliyyat günü ərzində sistemə daxil edilməsi və müvafiq müxabirləşmələrin verilməsi;
  • Müştərilər tərəfindən daxil olan sorğuların cavablandırırılması;
  • Müştərilərin şəxsi hesablarından çıxarışların hazırlanması;
  • İcrası bitmiş sənədlərin arxivə təhvil verilməsi üçün tələb olunan qaydada qovluqların formalaşdırılmasının təmin edilməsi və s.

Tələblər

  • Ali təhsil;
  •  Ünsiyyət qurmaq və satış bacarığı;
  •  Yaxşı riyazi biliklər;
  •  Komandada işləmək bacarığı.


Biz Sizə nə təklif edirik


  •  Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  •  Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  •  Müasir idarəetmə sistemi və mehriban kollektiv.


Qeyd: Təcrübə proqramını uğurla başa vuran təcrübəçilərin işlə təmin olunma ehtimalı var.

Vakansiya haqqında

Son tarix

mart 9, 2025

Paylaşılıb

yanvar 28, 2025

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə