Yelo Bank ASC
Ana səhifə
/
/
/
Data elmi üzrə təcrübəçi

Data elmi üzrə təcrübəçi

Bu gün

24

Bağlanılıb

Təsvir

  • Müştəri davranışının proqnozlaşdırılması üzrə maşın öyrənməsi modellərinin (Churn, Next Best Product/Offer, Customer Lifetime Value və s.) hazırlanması və təkmilləşdirilməsi prosesində iştirak etmək;
  • Müştəri məlumatlarının təmizlənməsi, emalı və ilkin təhlilini (EDA) həyata keçirmək, əsas tendensiyaları və qanunauyğunluqları müəyyənləşdirmək;
  • Data Science komandasının dəstəyi ilə maşın öyrənməsi modellərinin hazırlanması, test edilməsi və nəticələrinin qiymətləndirilməsində iştirak etmək;
  • Müştəri seqmentasiyası, məhsul təkliflərinə meyillilik (Propensity Scoring) və digər analitik layihələr üzrə araşdırmalar aparmaq və sadə prototiplərin hazırlanmasına dəstək vermək;
  • Mövcud modellərin performans göstəricilərinin (AUC, Gini, Precision, Recall və s.) təhlili və monitorinqi prosesində iştirak etmək.

Tələblər

  • İqtisadiyyat, Riyaziyyat, Statistika, Kompüter Elmləri, İnformasiya Texnologiyaları və ya digər əlaqəli sahələr üzrə ali təhsil (son kurs tələbələri də müraciət edə bilərlər);
  • Data Science, Machine Learning və müştəri analitikası sahələrinə maraq və bu istiqamətdə inkişaf etmək istəyi;
  • Maşın öyrənməsinin əsas anlayışları (reqressiya, təsnifat, modelin qiymətləndirilməsi və s.) üzrə nəzəri biliklər;
  • Statistika və ehtimal nəzəriyyəsinin əsasları, statistik testlər və məlumatların təhlili üzrə ilkin biliklər
  • Python proqramlaşdırma dili üzrə baza bilikləri;
  • SQL üzrə baza bilikləri (SELECT, JOIN, GROUP BY və s.);
  • Məlumatların təmizlənməsi, ilkin təhlili (EDA) və nəticələrin şərh edilməsi barədə ümumi anlayış;
  • Tableau, Power BI və ya digər məlumat vizuallaşdırma alətləri ilə tanışlıq əlavə üstünlükdür;
  • Git və versiya nəzarəti sistemləri haqqında ilkin anlayış əlavə üstünlükdür;
  • Churn, NBP/NBO və digər müştəri analitikası modelləri haqqında məlumatlılıq əlavə üstünlükdür;
  • Analitik düşüncə və problemlərə sistemli yanaşma bacarığı;
  • Detallara diqqət və tapşırıqların dəqiqliklə yerinə yetirilməsi;
  • Öyrənməyə həvəs, təşəbbüskarlıq və özünüinkişafa motivasiya;
  • Effektiv ünsiyyət və komandada işləmə bacarığı;
  • Dəyişən şəraitə uyğunlaşmaq və yeni texnologiyaları sürətlə mənimsəmək bacarığı;
  • Vaxtın düzgün idarə edilməsi, məsuliyyətlilik və işə ciddi yanaşma.


İş təcrübəsi tələb olunmur. Universitet layihələri, şəxsi Data Science layihələri, Kaggle yarışlarında iştirak və ya müvafiq təlimlərin tamamlanması vacibdir.

Vakansiya haqqında

Paylaşılıb

oktyabr 16, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə