Yelo Bank ASC
Ana səhifə
/
/
/
Hüquq departamenti, Kiçik hüquqşünas/ Hüquqşünas/ Aparıcı hüquqşünas

Hüquq departamenti, Kiçik hüquqşünas/ Hüquqşünas/ Aparıcı hüquqşünas

Bu gün

197

Təsvir

  • Bankın fəaliyyəti ilə əlaqədar olaraq öhdəlik, təminat, təsərrüfat və s. müqavilələrin layihələrinin hazırlanması və hüquqi rəylərin verilməsi
  • Təqdim edilmiş müqavilə layihələrinin hüquqi ekspertizası
  • Üçüncü şəxslərdən daxil olmuş müraciətlərə baxılması və onların cavablandırılması prosesinə hüquqi dəstəyin verilməsi
  • Bankın filial, şöbə, nümayəndəliyinin yaradılması və ya ləğv edilməsi də daxil olmaqla struktur dəyişikliyi prosesinə hüquqi dəstəyin verilməsi
  • Bankdaxili tənzimləyici sənədlərin layihələrinin hüquqi ekspertizası və qanunvericiliyə uyğunlaşdırılması
  • Bankda əmək qanunvericiliyinin tətbiqi prosesinə hüquqi dəstəyin verilməsi
  • Hüquq departamentinə daxil olmuş sorğuların cavablandırılması
  • Bankın əcnəbi işçilərinə iş icazələrinin əldə edilməsi və qeydiyyat sənədi almaq, habelə müvafiq işçilərin ailə üzvləri üçün yaşayış icazəsinin əldə edilməsi prosesinə hüquqi dəstəyin verilməsi
  • Bankın fəaliyyətinə təsir edən qanunvericilikdə baş vermiş dəyişikliklərlə bağlı hüquqi rəylərin hazırlanması
  • Bankın əqli mülkiyyət hüquqlarının qeydiyyat alınması, müdafiəsi üçün zəruri hərəkətlərin edilməsi, bu sahədə struktur bölmələrin fəaliyyətini əlaqələndirmək

Tələblər

  • Ali hüquq təhsili
  • Müraciət edilən vakansiyadan asılı olaraq minimum 1 il iş təcrübəsi (maliyyə bazarları subyektlərində iş təcrübəsi olanlara üstünlük veriləcəkdir)
  • Vəzifə öhdəlikləri üzrə zəruri hüquqi biliklər
  • Kompüterdə işləmək bacarığı
  • Azərbaycan dilini mükəmməl səviyyə bilmək (ingilis və ya rus dilini bilənlərə üstünlük veriləcəkdir)

Vakansiya haqqında

Son tarix

dekabr 2, 2024

Paylaşılıb

oktyabr 23, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə