Biz komandamıza risk modelləşdirilməsi və scoring həllərinin inkişafı istiqamətində çalışacaq IT Biznes Analitik axtarırıq. Namizəd kredit skorinq, risk qiymətləndirilməsi, qərarvermə mühərrikləri və əlaqəli bank sistemləri üzrə biznes tələblərinin toplanması, təhlili və texniki komandaya ötürülməsinə cavabdeh olacaq.
Bu rol biznes, risk və İT komandaları arasında koordinasiyanı təmin etməklə yanaşı, risk modellərinin tətbiqi, optimallaşdırılması və inkişaf layihələrində aktiv iştirak etməyi nəzərdə tutur.
Əsas vəzifə öhdəlikləri
- Risk modelləşdirilməsi və skorinq layihələri üzrə biznes tələblərinin toplanması və təhlili;
- Kredit skorinq, "antifraud", "risk assessment" və "decision engine" sistemləri üzrə dəyişiklik tələblərinin hazırlanması;
- Biznes proseslərinin və sistem inteqrasiyalarının analiz və sənədləşdirilməsi;
- Risk və biznes komandaları ilə texniki komandalar arasında koordinasiyanın təmin edilməsi;
- User Story, BRD, SRS, Use Case, Process Flow və digər analitik sənədlərin hazırlanması;
- Mövcud scoring və risk proseslərinin optimallaşdırılması üzrə təkliflərin verilməsi;
- API inteqrasiyalarının, məlumat axınlarının və sistem qarşılıqlı əlaqələrinin təhlili;
- Test ssenarilərinin hazırlanmasına və UAT proseslərinə dəstək göstərilməsi;
- Layihələrin icrası zamanı yaranan problemlərin araşdırılması və həll prosesində iştirak;
- Layihələrin statusu üzrə hesabatların hazırlanması;
- Risk modelləri ilə əlaqəli məlumatların keyfiyyətinə və biznes qaydalarına nəzarət;
- Bankdaxili normativ sənədlərin və Mərkəzi Bank tələblərinin nəzərə alınmasının təmin edilməsi;
- Agile/Scrum yanaşması ilə çalışan squad daxilində aktiv iştirak.