Yelo Bank ASC
Ana səhifə
/
/
/
Kredit risklərinin idarəedilməsi şöbəsi, Menecer

Kredit risklərinin idarəedilməsi şöbəsi, Menecer

Bu gün

107

Təsvir

  • Bank tərəfindən qəbul edilən risklərin müstəqil qiymətləndirilməsi və təhlilin aparılması, müvafiq bölmələrin əməkdaşlarının əsas bank məhsullarının reallaşdırılmasında risklər sahəsində metodik prinsiplərinə riayət edilməsinə nəzarət
  • Bankda risklərin idarə edilməsinin avtomatlaşdırılması prosesinin təşkil edilməsi
  • ARMB-nın tələblərinə, habelə beynəlxalq standartlara uyğun olaraq Bankın kredit portfeli üzrə ehtiyatların idarəetmə sisteminin müşayiəti, gələcək üçün vacib olan ehtiyatların səviyyəsinin proqnozlaşdırması
  • Kredit limitlərinə nəzarət
  • Struktur bölmələri ilə birgə kredit portfelinin stress-sınaq sahəsində işin aparılması, aşkar edilmiş risklərin azalması məqsədilə tədbirlər planının hazırlanması
  • Risklərin təhlili metodologiyasının hazırlanması, risklərin idarəetmə üsullarının tətbiqi
  • Risklərin modelləşdirməsi və portfellərin hərəkətinin proqnozlaşdırması
  • Risklərin idarə edilməsi sahəsində araşdırmaların aparılması, risklərin idarəetmə strategiyasının işlənməsində iştirak
  • Bankda mövcud olan metodologiya və əsasnamələr əsasında kredit riskləri üzrə aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Təhkim olunmuş məhsullar üzrə portfelin keyfiyyətinə detallı nəzarətin həyata keçirilməsi, keyfiyyətin artırılması məqsədilə məhsul şərtlərinin təkmilləşdirilməsi üzrə rəhbərliyə təkliflərin verilməsi


Tələblər

Təhsil və Sertifikatlar

  • Maliyyə, İqtisadiyyat, Bank işi, Biznesin idarə olunması və ya Mühasibatlıq üzrə bakalavr təhsili (magistr dərəcəsi üstünlükdür)
  • FRM (Financial Risk Manager) və ya CFA (Chartered Financial Analyst) kimi peşəkar sertifikatlara sahib olmaq üstünlükdür


Təcrübə

  • Kredit risklərinin idarə olunması sahəsində ən azı 3-5 il iş təcrübəsi
  • Bank sektoru, kredit portfeli təhlili və risk modelləşdirilməsi üzrə praktiki təcrübə
  • Mürəkkəb kredit sənədləri, müqavilələr və risk qiymətləndirmə prosesləri ilə tanışlıq


Bilik və Bacarıqlar

  • IFRS 9, Basel III və risk ölçmə modelləri (PD, LGD, EAD) haqqında praktiki bilik
  • Kredit portfeli analizi, stress-testlərin aparılması və qeyri-işlək kreditlərin (NPL) idarə olunması sahəsində təcrübə
  • Skorinq modelləri, reytinq sistemləri və ECL (Gözlənilən Kredit Zərəri) hesablamasında təcrübə
  • Bankın risk iştahası və risk siyasətlərinin hazırlanmasında iştirak bacarığı


Texniki Bacarıqlar

  • Excel proqramında (pivot cədvəllər, makrolar) yüksək səviyyəli biliklər, Power BI və digər analitik alətlərdə işləmə bacarığı
  • Risk modelləşdirilməsi üçün R, Python və ya SAS proqramlarında bilik üstünlükdür


Şəxsi Keyfiyyətlər

  • Güclü analitik düşüncə və qərarvermə bacarığı
  • Yüksək məsuliyyət hissi və diqqətlilik
  • Komanda daxilində işləmək və rəhbərlik etmək bacarığı
  • Tənqidi düşünmə və riskləri vaxtında aşkarlamaq bacarığı
  • Senior idarə heyəti üçün effektiv hesabat yazmaq və təqdimat etmək bacarığı


Əlavə Tələblər

  • Yerli və beynəlxalq tənzimləyici tələbləri bilmək (Azərbaycan Mərkəzi Bankı, Basel Komitəsi və s.).


Vakansiya haqqında

Son tarix

June 7, 2025

Paylaşılıb

aprel 28, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə