Bankın fiziki şəxs müştərilərinə xidmət edilməsi, bank məhsulları və tarifləri haqqında müştərilərə məlumatın verilməsi, fiziki şəxs müştərilərinin cəlb edilməsi;
İstehlak, ipoteka və digər kredit məhsulları üzrə mövcud şərtlərlə müştərilərin cəlb edilməsi və bununla bağlı müvafiq mütəxəssis məsləhətlərinin verilməsi;
Müştərinin ödəmə qabiliyyətinin ilkin qiymətləndirilməsi;
İstehlak krediti portfelinin daimi monitorinq edilməsi;
İstehlak kreditləri üzrə sifarışlərin qəbul edilməsi, kreditlərin bankın daxili prosedur və qaydalarına uyğun verilməsi, habelə kredit rəsmiləşdirilməsi üçün sənədlərin toplanması;
Daxili qaydalardan kənarlaşmalar olduqda müvafiq qaydada məlumatların hazırlanması və Kredit Komitəsinin müzakirəsinə çıxarılması üçün müvafiq səlahiyyətli şəxsə təqdim edilməsi.
Tələblər
Ali təhsil;
İş təcrübəsi - Bank sahəsində minimum 6 ay;
Ünsiyyət qurmaq və satış bacarığı;
Riyazi biliklər;
Komandada işləmək bacarığı.
Biz Sizə nə təklif edirik
Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;