Yelo Bank ASC
Ana səhifə
/
/
/
Xəzinədarlıq departamenti, Pul və valyuta bazarı şöbəsi, Mütəxəssis / Aparıcı mütəxəssis

Xəzinədarlıq departamenti, Pul və valyuta bazarı şöbəsi, Mütəxəssis / Aparıcı mütəxəssis

  • Yelo Bank ASC
  • 81k Həsən bəy Zərdabi, Bakı 1012, Azərbaycan
  • Tam ştat

10-10-2024

1.5K

Təsvir

 

  • Şöbənin fəaliyyət sahəsinə aid olan bütün yerli və xarici pul, valyuta və qiymətli kağızlar bazarlarında bağlanmış spot, forvard, fyüçers, opsion və digər bütün tipli valyuta əqdləri, banklararası kredit, depozit, svop, banknot əqdləri ilə bağlı müvafiq sənədləşmənin tərtibatı və məlumatların Bankın ABS-nə daxil edilməsi
  • Şöbənin fəaliyyət sahəsinə aid olan bütün yerli və xarici pul, valyuta və qiymətli kağızlar bazarlarında bağlanmış spot, forvard, fyüçers, opsion və digər bütün tipli valyuta əqdləri, banklararası kredit, depozit, svop, banknot əqdləri ilə bağlı əqdlərinin SWIFT formatında müvafiq sənədləşmənin tərtibatı və ehtiyac yarandıqda SWIFT terminalında yığılması
  • Şöbənin fəaliyyət sahəsinə aid olan bütün yerli və xarici pul, valyuta və qiymətli kağızlar bazarlarında bağlanmış spot, forvard, fyüçers, opsion və digər bütün tipli valyuta əqdləri, banklararası kredit, depozit, svop, banknot əqdləri ilə bağlı əqdi zamanı gəlirlərin və xərclərin müvafiq mühasibat əməliyyatlarının Bankın ABS-də keçirilməsi
  • Cəlb edilmiş və ya yerləşdirilmiş banklararası kredit və ya depozitlər üzrə əsas məbləğlərin və faizlərin ödənişi ilə bağlı ödəniş təqviminin tərtibatı və yenilənməsi
  • Cəlb edilmiş və ya yerləşdirilmiş banklararası kredit və ya depozitlər üzrə əsas məbləğ və faizlərin ödənişlərinin ödəniş təqviminə müvafiq olaraq icra edilməsinə nəzarət
  • Cəlb edilmiş və ya yerləşdirilmiş banklararası kredit və ya depozitlər üzrə müqavilələrin və digər sənədlərin kağız və elektron şəkildə arxivləşdirilməsi
  • Valyuta, pul bazarlarında və qiymətli kağızlarla əməliyyatlar üzrə nəzarət orqanı üçün və daxili hesabatların tərtib edilməsi;
  • AR MB rəsmi məzənnələrinin Bankın ABS-ə daxil edilməsi
  • Bankın nağd və nağdsız valyutalar üzrə alış və satış məzənnələrinin Bankın ABS-ə daxil edilməsi
  • Banklararası valyuta bazarında rəqib bankların valyuta məzənnəsinin müntəzəm olaraq monitorinqi
  • Bankın müxbir hesabları olan bankların xarici valyutada kross-məzənnələrinin monitorinqi
  • Ehtiyac yarandıqda əməliyyat günü ərzində Bankın nağd və nağdsız valyutalar üzrə alış və satış məzənnələrinin dəyişdirilməsi üçün təkliflərin verilməsi
  • Nağd pul və digər qiymətlilərin inkassasiyası sorğularına aid məlumatın işlənməsi və inkassasiya üzrə uçot məlumatın Bankın ABS-nə daxil edilməsi və sənədləşmənin tərtibatı
  • Səlahiyyətlər çərçivəsində bankın informasiya təhlükəsizliyi tələblərinə riayət etmək
  • Xəzinədarlıq Departamentinin fəaliyyətinə aid daxili normativ sənədlərin şəbəkə resursunda yerləşdirilməsi
  • Şöbənin fəaliyyəti ilə bağlı bütün əqdlərin təsdiqedici sənədlərini günlük toplayaraq Maliyyə departamentinə akt əsasında təhvil verilməsi
  • Şöbənin fəaliyyətinə aid daxili normativ sənədlərin, reqlamentlərinin və prosedurların işlənməsində iştirak
  • Şöbənin fəaliyyətinə aid olan Bank ABS-də yenilənmələr, təkmilləşdirmlər və sairə üzrə test işlərinin aparılması
  • Gündəlik monitorinq və xarici valyutada verilmiş bank zəmanətlərin, akkreditivlərin, kredit xəttlərinin və digər balansdankənar öhdəliklərin valyuta mövqeyinə təsirinin qiymətləndirilməsi;


Tələblər

  • Ali təhsil
  • Azərbaycan, İngilis dilləri üzrə biliklər, Rus dili arzuolunandır
  • SWIFT-lə ilə işləmə bacarığı
  • Microsoft Office proqramları üzrə yaxşı biliklər (Word, Excel, Outlook, Powerpoint)
  • Dürüstlük, səmərəli ünsiyyət qurmaq bacarığı,
  • Komandada işləmək bacarığı, analitik təhlil, kritik düşünmə bacarıqları
  • Təşəbbüskarlıq, məsuliyyət, dəqiqlik
  • Stress vəziyyətlərdə işləmək bacarığı
  • İşləri planlaşdırmaq və müstəqil işləmək bacarığı

Vakansiya haqqında

Son tarix

noyabr 19, 2024

Paylaşılıb

oktyabr 10, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə