Vəzifə Haqqında:
Biz komandamıza yeməkxanada təqdim olunan qida məhsullarının təhlükəsizliyini və keyfiyyətini təmin etmək üçün təcrübəli Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis axtarışındayıq . Bu rolda sizin əsas məqsədiniz qida təhlükəsizliyi standartlarına uyğun olaraq yeməkxanada bütün hazırlıq və təqdimat proseslərinə nəzarət etmək, sanitar-gigiyenik qaydaların tətbiq olunmasını təmin etmək və keyfiyyət standartlarına uyğunluğun yoxlanılmasını həyata keçirməkdən ibarət olacaqdır.
İş Barədə Məlumat:
- İş yeri : Hacıqabul
- Yeməkxanada təqdim olunan qida məhsullarının keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunu yoxlamaq;
- Qida məhsullarının qəbulundan başlayaraq hazırlanma və təqdimat mərhələlərinə qədər olan bütün proseslərə nəzarət etmək;
- Qida keyfiyyəti ilə bağlı proseslərdə hər hansı risk və uyğunsuzluğu vaxtında müəyyənləşdirmək və rəhbərliyə məlumat vermək;
- İstehlak üçün nəzərdə tutulmuş məhsulların gigiyena və keyfiyyət tələblərinə uyğun hazırlandığını təmin etmək;
- Yeməkxana heyətinə sanitar qaydalar, qida təhlükəsizliyi və gigiyenik təlimatlar barədə dəstək göstərmək və onlara nəzarət etmək;
- Təlimlər təşkil edərək qida təhlükəsizliyi sahəsində komandanın bilik və bacarıqlarını artırmaq;
- Aylıq və ya dövri olaraq qida təhlükəsizliyi üzrə hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək.
- 6 günlük iş rejimi (09:00 - 17:00);
- Nahar şirkət tərəfindən təmin edilir;
· Servis mövcüddur ( Bakı şəhəri, Hacıqabul,Şirvan və Sabirabad rayonlarından servis xidmətimiz fəaliyyət göstərir );
- Əmək haqqı : Müsahibə əsasında.