Şirkət: “Zəfər Bağları” MMC
Vakansiya: Aparıcı anbardar
Şirkət haqqında detallı məlumatla www.afigroup.az saytı vasitəsilə tanış ola bilərsiniz.
Əsas vəzifə öhdəlikləri:
· Mal-materialın qəbulu,təhvili,sənədləşdirilməsi və mədaxil-məxaric sənədlərinin yoxlanılması
· Materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərinə nəzarət etmək
· Mal-materialların hərəkəti ilə bağlı bütün əməliyyatların icrasını təmin etmək, yoxlamaq (qaimə, aktlar və.s.) və sənədləri arxivləşdirmək
· Anbar hərəkətləri ilə bağlı bütün əməliyyatların 1C, 8.3 proqram təminatı vasitəsilə işlənilməsini təmin etmək
· Anbarlarda olan mal-materialların standartlara uyğun yığım və düzülüş qaydalarına nəzarət etmək
· Mühasibatlıq tərəfindən təyin edilən dövriyyə hesabatlarını müntəzəm olaraq təmin etmək
· Əməyin təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etmək
İş şərtləri:
· İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə)
· Nahar şirkət tərəfindən təmin edilir
· Bərdə və Ağdam rayonlarından avtobusla iş yerinə çatdırılma mövcuddur
· İş yeri: Ağdam rayonu
· Əmək haqqı ştat cədvəlinə uyğun olaraq
Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Namizədə dair tələblər:
Texniki bacarıqlar
· Mal-materialların anbar daxilində təhlükəsiz yerləşdirilməsi qaydalarını bilməli
· Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili bilgisi üstünlükdür
· Microsoft Office (hesabatlılığı təmin etmək məqsədilə excel)
· 1C 8.3 üzrə biliklər
Yumşaq bacarıqlar
· Yazılı və şifahi ünsiyyət bacarığı
· Komanda da işləmək bacarığı
· Operativlik
· Dəqiq və diqqətli olmaq
· Məsuliyyətlilik
· Nəticəyönümlük
Xüsusi tələblər:
· Ali təhsil (bakalavr)
· İş təcrübəsi: Müvafiq və ya oxşar sahələr üzrə minimum 2 il
· Şirkət Qarabağ ərazisində yerləşdiyi üçün bölgədəki şəhərlərdən (Ağdam, Bərdə, Tərtər) olan namizədlərə üstünlük veriləcəkdir.
Son tarix
April 4, 2025
Paylaşılıb
mart 17, 2025
Vakansiya növü
Tam ştat
Azərbaycan Dəmir Yolları ● Ucar, Azərbaycan
Dünən
40
Azərbaycan Dəmir Yolları ● Ucar, Azərbaycan
Dünən
41
Azərbaycan Dəmir Yolları ● Ucar, Azərbaycan
Dünən
45
Baku Steel Company ● Bakı, Azərbaycan
Dünən
2.6K
Umico.az ● Bakı, Azərbaycan
07-05-2025
210