Bağ sahəsində bitkilərin, ağacların zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizəni təşkil edir;
Əkin sahələrində daim müşahidələr apararaq, zərərverici, xəstəlik və alaq otları ilə sirayətlənmiş sahələrin yerlərini, onların yayılma dərəcələrini öyrənir və fenoloji xəritələr hazırlayır;
Aqrotexniki, kimyəvi və bioloji mübarizəni, müalicəvi, qırıcı tədbirlərin kompleks şəkildə həyata keçirilməsində iştirak edir;
Kimyəvi maddələrin, Pestisidlərin , mineral və üzvü gübrələrin düzgün saxlanılmasını təmin edir, onlardan istifadə qaydalarını, vaxtını müəyyənləşdirir və sahələrə verilməsini təşkil edir;
Əkin üçün torpağın hazırlanması işinin təşkili;
Tinglərin intensiv texnologiya əsasında əkinində yaxından iştirak edir;
Hazır məhsulun becərilməsi ilə bağlı əvvəlcədən razılaşdırılmış plan üzrə işləri təşkil edir;
Bağ sahəsində aparılan bioloji, kimyəvi, aqrotexniki tədbirlərə nəzarət edir;
Bağçılıq sahəsində cari və prespektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarının yerinə yetirilməsinə nəzarət edilməsi;
Bağ sahəsində məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq, kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və kənd təsərrüfatı texnikalarından səmərəli istifadə və düzgün dislokasiyası üçün bütün lazımi tədbirlərin görülməsinin təşkil edilməsi;
Ərazidə torpaq işləri görən podratçılara nəzarət, işlərinin koordinasiyası, iş bölgüləri və bütünlükdə işlərin keyfiyyətinə nəzarət;
Sahədə keyfiyyətsiz görülən işləri rəsmiləşdirir, səbəbini aydınlaşdırır və yenidən icrası ilə bağlı tədbirlər planı hazırlayır, rəhbərliyə hesabatları hazırlayır;
Dövri və tələb olunan sənədlərin, hesabatların vaxtlı-vaxtında və düzgün şəkildə təqdim olunması;
Aqrotexniki tədbirlərin təkmilləşdirilməsi və səmərəliləşdirilməsi ilə bağlı tövsiyələr verir.
Tələblər
Müvafiq sahə üzrə təhsil
Müvafiq sahə üzrə iş 2 ildən az olmayaraq iş təcrübəsi;
Kənd təsərrüfatı texnikaları ilə bağlı spesifik məlumatlar, işləmə prinsipləri barədə biliklər;
İdarəetmə təcrübəsi;
Analitik düşünmə bacarığı;
Microsoft Office (Word, Excel, Power Point) 1C 8.3 ERP proqramlarında işləmək;