Şirkət: “Zəfər Bağları” MMC
Vakansiya: Bağçılıq üzrə Təcrübəçi
“Bağçılıq üzrə təcrübə proqramı”
- Təcrübə müddəti – 6 ay (Təcrübə müddətini uğurla keçən təcrübəçilər şirkətin vakansiyalarında dəyərləndiriləcəkdir)
Namizədə dair tələblər:
Texniki bacarıqlar
· Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı)
· Microsoft Office proqramları istifadəsi
· 1C proqram təminatı istifadəsi
Yumşaq bacarıqlar
· Məsuliyyətlilik
· Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı
· Operativlik
· Dəqiq və diqqətcil
· Nəticəyönümlülük
· Analiz etmə və problemləri həll etmə bacarığı
Xüsusi tələblər:
· Ali təhsil (Aqronomiya üzrə)
Əsas icra edəcəyi vəzifələr:
· Şöbənin aparıcı aqronom heyəti tərəfindən gündəlik işlərin qeydiyyata alınması
· Sifariş olunan mal-materialların alış prosesinin izlənməsi və sifarişçiyə məlumatın verilməsi
· Bağçılıq şöbəsinə lazım olan mal-materialların anbardan çıxarılması işinin aparılması
· Şöbənin əməkdaşları ilə bağlı davamiyyət, icazə, avans, məzuniyyət sənədlərinin hazırlanaraq aidiyyəti şöbəyə təqdim edilməsində dəstək;
· Sahə ilə bağlı məlumatların izlənilməsi və yoxlanması işində şöbənin aqronom heyətinə köməkliyin göstərilməsi
· Bağçılıq şöbəsinin əməkdaşlarının tələb etdiyi mal-material adlarının qeydiyyatının aparılması tələbnamələrin hazırlanması və 1C proqramına işlənilməsinə dəstək
· Əkin sahələrində sahə aqronomu ilə birgə daim müşahidələr apararaq, zərərverici, xəstəlik və alaq otları ilə sirayətlənmiş sahələrin yerlərini, onların yayılma dərəcələrini öyrənir və fenoloji xəritələr hazırlanmasında sahə aqronomuna kömək edir
· Aqrotexniki, kimyəvi və bioloji mübarizəni, müalicəvi, qırıcı tədbirlərin kompleks şəkildə həyata keçirilməsində iştirak edir
· Sahədə keyfiyyətsiz görülən işləri rəsmiləşdirilməsini aparır və sahə aqronomuna təqdim etmək üçün hesabatları hazırlayır
· Bağçılıq sahəsində cari və prespektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarının yerinə yetirilməsinə nəzarət edilməsində iştirak edir
İş şərtləri:
· İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə)
· Nahar şirkət tərəfindən təmin edilir
· Bərdə və ya Xankəndi şəhərində yaşayış yeri ilə təmin edilir
· İş yeri: Ağdam rayonu
· Minimum əmək haqqı
Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Son tarix
August 12, 2025
Paylaşılıb
iyul 3, 2025
Vakansiya növü
Tam ştat