Zəfər bağları
Ana səhifə
/
/
/
Bağçılıq üzrə təcrübəçi

Bağçılıq üzrə təcrübəçi

Dünən

136

Təsvir

Şirkət: “Zəfər Bağları” MMC

Vakansiya: Bağçılıq üzrə Təcrübəçi


“Bağçılıq üzrə təcrübə proqramı”

- Təcrübə müddəti – 6 ay (Təcrübə müddətini uğurla keçən təcrübəçilər şirkətin vakansiyalarında dəyərləndiriləcəkdir)


Namizədə dair tələblər:


Texniki bacarıqlar

·            Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı)

·            Microsoft Office proqramları istifadəsi

·            1C proqram təminatı istifadəsi


 Yumşaq bacarıqlar

·            Məsuliyyətlilik

·            Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı

·            Operativlik

·            Dəqiq və diqqətcil

·            Nəticəyönümlülük

·            Analiz etmə və problemləri həll etmə bacarığı


Xüsusi tələblər:

·       Ali təhsil (Aqronomiya üzrə)


Əsas icra edəcəyi vəzifələr:

·  Şöbənin aparıcı aqronom heyəti tərəfindən gündəlik işlərin qeydiyyata alınması

·  Sifariş olunan mal-materialların alış prosesinin izlənməsi və sifarişçiyə məlumatın verilməsi

·  Bağçılıq şöbəsinə lazım olan mal-materialların anbardan çıxarılması işinin aparılması

·  Şöbənin əməkdaşları ilə bağlı davamiyyət, icazə, avans, məzuniyyət sənədlərinin hazırlanaraq aidiyyəti şöbəyə təqdim edilməsində dəstək;

·  Sahə ilə bağlı məlumatların izlənilməsi və yoxlanması işində şöbənin aqronom heyətinə köməkliyin göstərilməsi

· Bağçılıq şöbəsinin əməkdaşlarının tələb etdiyi mal-material adlarının qeydiyyatının aparılması tələbnamələrin hazırlanması və 1C proqramına işlənilməsinə dəstək

· Əkin sahələrində sahə aqronomu ilə birgə daim müşahidələr apararaq, zərərverici, xəstəlik və alaq otları ilə sirayətlənmiş sahələrin yerlərini, onların yayılma dərəcələrini öyrənir və fenoloji xəritələr hazırlanmasında sahə aqronomuna kömək edir

· Aqrotexniki, kimyəvi və bioloji mübarizəni, müalicəvi, qırıcı tədbirlərin kompleks şəkildə həyata keçirilməsində iştirak edir

· Sahədə keyfiyyətsiz görülən işləri rəsmiləşdirilməsini aparır və sahə aqronomuna təqdim etmək üçün hesabatları hazırlayır

· Bağçılıq sahəsində cari və prespektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarının yerinə yetirilməsinə nəzarət edilməsində iştirak edir

 

 İş şərtləri:

·       İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə)

·       Nahar şirkət tərəfindən təmin edilir

·       Bərdə və ya Xankəndi şəhərində yaşayış yeri ilə təmin edilir

·       İş yeri: Ağdam rayonu

·       Minimum əmək haqqı


Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Tələblər

Vakansiya haqqında

Son tarix

August 12, 2025

Paylaşılıb

iyul 3, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı