Sahələr üzrə aylıq aqrokimyəvi və aqrotexniki tədbirlər planın hazırlanması;
Sahələr üzrə işçi qüvvəsinin və kənd təsərrüfatı texnikalarının səmərəli istifadəsinə, işlərin fərdi qeydiyyat bazasının düzgün formalaşdırılmasına nəzarət edir, müvafiq tapşırıqlar verir və hesabatlılığını təmin edir;
Sahələr üzrə aqrokimyəvi və aqrotexniki işlərin planlamaya uyğun aparılmasına nəzarət edir;
Sahələrin fitapotoloji və aqrokimyəvi vəziyyətinin mütəmadi monitorinqinin aparılması;
Mineral və üzvü gübrələrin, pestisidlərin düzgün yerləşdirilməsinə, sahələrə təmin edilməsinə nəzarət;
Sahələrdə əkinə hazırlıq, əkin, budama, məhsul yığımı kimi mövsümi işlərin icrasının və hesabatlılığın təmin edilməsi;
Hazır məhsulun təhvil-təslim işlərini və hesabatlılığı təmin edir;
Dövri İnventarizasiyanın aparılmasının təşkili və prosesə nəzarət;
Mal-material sifarişlərinin təsdiqi və icra vəziyyətinə nəzarət;
Görülmüş işlər, hesabatlar, aktlar və digər müvafiq sənədlərin hazırlanması və imzalanmasının təmini;
Gübrə, pestisid, kənd təsərrüfatı texnikaları ilə bağlı illik büdcə müzakirələrində iştirak.
Əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlər görmək;
Torpağın kimyəvi analizi, bitkinin inkişaf fazasına uygun yemləmə rasionlarını (gübrələmə, mineralların verilməsi vs.) müəyyən etmək;
Bitkinin bioloji yetişkənlik dövrünü müəyyən etmək, xəstəlik və zərər vericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirləri görmək;
Bitkinin veqetativ inkişafına uyğun kultivasiya (bəsləmə) ve yemləmə təyini qaydalarına əməl etmək;
Torpağın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi və yığılmasını təmin etmək.
Tələblər
Aqronomluq sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi
İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq
Güclü ünsiyyət və danışıq qabiliyyəti
Komandada işləmək bacarığı
Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı