Şirkət: “Zəfər Bağları” MMC
Vakansiya: İnsan Resursları üzrə mütəxəssis
Şirkət haqqında detallı məlumatla www.afigroup.az saytı vasitəsilə tanış ola bilərsiniz.
Əsas vəzifə öhdəlikləri:
· ƏMAS və İSB portallarında əməliyyatların aparılması
· İşçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliyi, şəxsi işlərin hazırlanması, işçilərin onlayn əmək müqavilələrinin təsdiqlənməsi kimi İnsan Resurslarının əməliyyatlar funksiyası üzrə prosesləri icra etmək
· Performansın idarəolunması və işçi qiymətləndirilməsi sisteminin təşkili və tətbiqində rol almaq
· Təlim ehtiyaclarını müəyyən etmək və işçilərin bacarıqlarını inkişaf etdirmək üçün təlimlərin planlaşdırılmasında iştirak etmək
İş şərtləri:
· İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə)
· Nahar şirkət tərəfindən təmin edilir
· Xankəndi və ya Bərdə şəhərində yaşayış yeri şirkət tərəfindən təmin edilir
· İş yeri: Ağdam rayonu
· Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaqdır
Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Namizədə dair tələblər:
Texniki bacarıqlar
· Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı)
· Azərbaycan Respublikası Əmək Məcəlləsi haqqında nəzəri biliklər
· Microsoft Office (hesabatlılığı təmin etmək məqsədilə xüsusilə excel)
· 1C 8.3 üzrə biliklər
Yumşaq bacarıqlar
· Ünsiyyət qurma bacarığı
· Məsuliyyətli
· Operativ
· Dəqiq və diqqətcil
· Nəticəyönümlü
Xüsusi tələblər:
· Ali təhsil (bakalavr)
· İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il
· Qadın namizədlərə üstünlük veriləcəkdir
· Şirkət Qarabağ ərazisində yerləşdiyi üçün bölgədəki şəhərlərdən (Ağdam, Bərdə, Tərtər, Gəncə, Mingəçevir və.s) olan namizədlərə üstünlük veriləcəkdir.
Son tarix
April 4, 2025
Paylaşılıb
mart 17, 2025
Vakansiya növü
Tam ştat