Şirkət: “Zəfər Bağları” MMC
Vakansiya: Korporativ hüquqşunas
Şirkət haqqında detallı məlumatla www.afigroup.az saytı vasitəsilə tanış ola bilərsiniz.
Namizədə dair tələblər:
Texniki bacarıqlar
· Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır)
· Azərbaycan Respublikasının normativ-hüquqi aktlarını, habelə mülki, mülki-prosessual, əmək, vergi və inzibati hüququnun əsaslarını bilməli
· Müqavilələrin bağlanmasını tənzimləyən normativ hüquqi aktları bilməli
Yumşaq bacarıqlar
· Komanda ilə işləmək bacarığı
· Təşəbbüskarlıq, operativlik, prioritetləri düzgün müəyyənləşdirmək
· Analizetmə qabiliyyəti
· Nəticəyönümlü olmaq
· Güclü yazılı və şifahi ünsiyyət bacarıqları
Xüsusi tələblər:
· Hüquq sahəsi üzrə ali təhsil
· İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il
Əsas vəzifə öhdəlikləri:
· Təşkilatdaxili bütün sənədləşmə işlərinə hüquqi rəylərin verilməsinin, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsi
· Müəssisənin satınalma, satış, xidmətlərin göstərilməsi, agentlik, tikinti və digər müqavilələrdə o cümlədən beynəlxalq müqavilə və sazişlərin hüquqi ekspertizasının aparılması, rəy və təkliflərin verilməsi
· Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması
· Hüquqi məsələlərlə bağlı dövlət qurumlarında, məhkəmələrdə, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Cəmiyyəti təmsil etmək, Cəmiyyət adından sənədlərin hazırlanması və təqdim edilməsini həyata keçirmək
· Qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı daxili normativ sənədlərin dəyişdirilməsini, həmin sənədlərin hüquqi qüvvəsinin mövcud vəziyyəti ilə bağlı təkliflər vermək
· Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş hüquqi sorğulara rəy və izahatlar vermək
· Korporativ hüquq fəaliyyəti ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyatı struktur bölmələrlə razılaşdırmaq
· Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirmək, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək
İş şərtləri:
· İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə)
· Nahar şirkət tərəfindən təmin edilir
· İş yeri: Ağdam rayonu
· Xankəndi şəhərində yaşayış yeri təminatı
· Əmək haqqı ştat cədvəlinə uyğun olaraq
Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Son tarix
June 27, 2025
Paylaşılıb
may 28, 2025
Vakansiya növü
Tam ştat
Təcrübə
3-4 il
Vəzifə dərəcəsi
Rəhbər
Təhsil
Natamam ali