Zəfər bağları

Korporativ Hüquqşünas

20-05-2024

1.1K

Bağlanılıb

Təsvir

Vəzifə öhdəlikləri

-     Təşkilatdaxili bütün sənədləşmə işlərinə hüquqi rəylərin verilməsinin, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsi

-     Müəssisənin satınalma, satış, xidmətlərin göstərilməsi, agentlik, tikinti və digər müqavilələrdə o cümlədən beynəlxalq müqavilə və sazişlərin hüquqi ekspertizanın aparılması , rəy və təkliflərin verilməsi

-     İdarə Heyətinin iclas protokollarını, İdarə Heyəti üzrə əmr, sərəncamlarının hazırlanmasını və hüquqi prosedurların icrasını təşkil etmək;

-     Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması

-     Hüquqi məsələlərlə bağlı dövlət qurumlarında, məhkəmələrdə, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Şirkəti təmsil etmək, şirkət adından sənədlərin hazırlanması, təqdim edilməsini həyata keçirmək

-     Qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı daxili normativ sənədlərin dəyişdirilməsini , həmin sənədlərin hüquqi qüvvəsinin mövcud vəziyyəti ilə bağlı təkliflər vermək

-     Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş hüquqi sorğulara rəy və izahatlar vermək

-     Korporativ hüquq fəaliyyəti ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyatı struktur bölmələrlə razılaşdırmaq

-     Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirmək, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək

Tələblər

-Hüquq üzrə ali təhsil

-Müvafiq sahə üzrə Minimum 3 il iş təcrübəsi

-Dil bilikləri: Azərbaycan dili – səlis, Rus dili və İngilis dili (üstünlükdür)

Texniki Bacarıqlar

• Azərbaycan Respublikasının normativ-hüquqi aktlarını, habelə mülki, mülki-prosessual, əmək, vergi və inzibati hüququnun əsaslarını dərindən bilməli

• Müqavilələrin bağlanmasını tənzimləyən normativ hüquqi aktlarını bilməlidir

Səriştəlik

•       Məsuliyyətli,disiplinli,

•       Prinsip və Dəyərlərə sadiqlik

•       Prosedur və qaydalara riayət etmək

•       Komanda ilə işləmək bacarığı

•       Yaxşı ünsiyyət bacarıqları

•       Təşəbbüskarlıq, operativlik, prioritetləri düzgün müəyyənləşdirmək

•       İşə planlı yanaşma bacarığı, fikrini düzgün və səlist izah etmək

•       Təhlil etmə qabiliyyəti,

Vakansiya haqqında

Son tarix

June 29, 2024

Paylaşılıb

may 20, 2024

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Kateqoriya

Hüquq

İmtiyazlar

  • Nahar təminatı