Zəfər bağları

Suvarma operatoru

09-04-2025

365

Təsvir

Şirkət: “Zəfər Bağları” MMC

Vakansiya: Suvarma operatoru

Şirkət haqqında detallı məlumatla www.afigroup.az saytı vasitəsilə tanış ola bilərsiniz.


Namizədə dair tələblər:

Texniki bacarıqlar

·     Dil bilikləri: Azərbaycan dili (əla)

·     Suvarma və mexaniki qurğulardan istifadə bacarığı

·     Elektrik cihazlarının təhlükəsiz istismarı qaydaları haqqında biliklər


Yumşaq bacarıqlar

·    Məsuliyyətlilik

·    Operativlik

·    Dəqiq və diqqətcil


Xüsusi tələblər:

·    Orta ixtisas təhsili

·     İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il

·     Şirkət Qarabağ ərazisində yerləşdiyi üçün bölgədəki şəhərlərdən (Ağdam, Bərdə, Tərtər, Mingəçevir və.s) olan

namizədlər müraciət edə bilər


Əsas vəzifə öhdəlikləri:

·       Suvarma qurğularının hərəkətinə nəzarət etmək, yaranmış nasazlıqları qısa müddətdə aradan qaldırmasını təmin etmək

·       Suvarma qurğularına təlimata uyğun texniki qulluq işlərini icra etmək

·       Bölmə rəhbərinin təlimatına uyğun suvarma qurğularını işə hazırlamaq, elektrik panelindəki elektrik açarların yoxlanması, nasosların üzərindəki manometrlərin işlək olmasını yoxlamaq, iş bitdikdən sonra nasosxana binasındakı bütün elektrik açarlarının söndürülməsini təmin etmək

·       Nasosların yerləşdiyi quyularda su sızıntısının olmamasına nəzarət etmək

·       Sahə və aparıcı aqronomların verdiyi aqronomik proqrama uyğun suvarmanı həyata keçirmək

·       Suvarma qurğularının iş saatları, suvarma norması və elektrik sərfiyyatının gündəlik qeydiyyatını aparmaq

·       Nasosxanada iş prosesində əməyin təhlükəsizliyi, sanitar-gigiyena şəraitinə, yanğın təhlükəsizliyinə və ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirir


İş şərtləri:

·    İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə)

·    Nahar şirkət tərəfindən təmin edilir

·    İş yeri: Ağdam rayonu

·    Əmək haqqı ştat cədvəlinə uyğun olaraq


Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Tələblər

Vakansiya haqqında

Son tarix

May 10, 2025

Paylaşılıb

aprel 9, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Təhsil

Peşə təhsili

Kateqoriya

Digər