Z
Ana səhifə
/
/
/
Yeni apteklərin təşkili üzrə kiçik mütəxəssis

Yeni apteklərin təşkili üzrə kiçik mütəxəssis

Bu gün

390

Təsvir

  • İcarə müqavilələrinin razılaşdırılması və müəyyən edilmiş müddətdə imzalanması prosesini koordinasiya etmək;
  • Apteklərin təmir işlərinin təsdiq edilmiş qrafikə uyğun icrasını izləmək və mümkün gecikmələr barədə vaxtında məlumat vermək;
  • Avadanlıqlara olan tələbatın müəyyənləşdirilməsi, tələbnamələrin hazırlanması, çatdırılma və quraşdırılma prosesinə nəzarət etmək;
  • Aptekin açılışı üçün ilkin mal qalığının müəyyənləşdirilməsi, tələbnamələrin hazırlanması və malların vaxtında təmin edilməsini koordinasiya etmək;
  • Sahibkarlarla yekun hesablaşmalar üçün zəruri sənəd və məlumatların tam və düzgün təqdim edilməsini təmin etmək;
  • Müvafiq tələbnamələrin düzgün, tam və müəyyən olunmuş müddətdə hazırlanmasına nəzarət etmək;
  • Aptekin açılış tarixinədək işçi heyəti ilə təminat prosesini koordinasiya etmək;
  • Obyektlər üzrə icra planını yeniləmək, riskləri və gecikmələri vaxtında müəyyənləşdirmək, rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.

Tələblər

  • Ali təhsil;
  • Oxşar sahədə iş təcrübəsi üstünlükdür;
  • MS Office proqramları, xüsusilə Excel ilə işləmək bacarığı;
  • Planlaşdırma, təşkilatçılıq və vaxtın idarə edilməsi bacarıqları;
  • Sənədlərlə dəqiq işləmək və hesabat hazırlamaq qabiliyyəti;
  • Ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Məsuliyyətlilik, operativlik və komanda ilə işləmək bacarığı.

Vakansiya haqqında

Son tarix

November 21, 2026

Paylaşılıb

noyabr 4, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Nahar təminatı
  • Tibbi sığorta
  • Koorporativ nömrə
  • Telefon xərcləri