Z
Ana səhifə
/
/
/
Aparıcı mütəxəssis (Şəbəkə inzibatçısı)

Aparıcı mütəxəssis (Şəbəkə inzibatçısı)

Bu gün

30

Təsvir

·      Korporativ şəbəkə infrastrukturunun qurulması, idarə edilməsi və texniki dəstəyinin göstərilməsi

·      Cisco, Palo Alto, Fortinet (FortiGate), HPE (HP) və Dell istehsalçılarının şəbəkə avadanlıqlarının quraşdırılması, sazlanması və istismarı;

·      Firewall siyasətlərinin hazırlanması, təhlükəsizlik qaydalarının tətbiqi və idarə olunması;

·      LAN/WAN, TCP/IP, VLAN, STP, OSPF, BGP, VPN, NAT, Qos və digər şəbəkə texnologiyalarının idarə edilmısi;

·      Şəbəkənin monitorinqi və performansının izlənməsi (Zabbix və ya analoji sistemlər vasitəsilə);

·      Wireshark və digər analiz alətləri ilə trafik analizinin aparılması və nasazlıqların aradan qaldırılması;

·      Telekommunikasiya və korporativ şəbəkə infrastrukturunun inkişafı və optimallaşdırılması;

·      Texniki sənədlərin hazırlanması, dəyişikliklərin idarə olunması (Change Management) və insidentlərin operativ həll edilməsi.

Tələblər

·      Ali təhsil (İnformasiya Texnologiyaları və ya əlaqəli sahə);

·      Şəbəkə inzibatçılığı və ya İT sahəsində minimum 4-5 il iş təcrübəsi;

·      Şəbəkə təhlükəsizliyi prinsipləri üzrə nəzəri və praktiki biliklər;

·      Cisco, Palo Alto, Fortinet (Fortigate), HPR və Dell avadanlıqları ilə işləmək təcrübəs;

·      Azərbaycan dilində sərbəst, ingilis dilində texniki sənədləri oxuma və anlama bacarığı

·      CCNP Enterprise, Fortinet NSE 4 (və ya ekvivalent Fortinet Certified Professional (FCP), PCNSE (və ya Palo Alto Networks-un yeni Next-Generation Firewall Engineer) və Zabbix Certified Specialist və ya digər monitorinq sistemləri üzrə sertifikatlar üstünlük hesab olunur;

·      Analitik düşüncə və problem həll etmə bacarığı;

·      Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;

·      Məsuliyyətli, operativ və nəticə yönümlü yanaşma;

·   Zabrat və Sumqayıt ərazilərinə yaxın yaşayanlara üstünlük veriləcək.

Vakansiya haqqında

Son tarix

August 14, 2026

Paylaşılıb

iyul 15, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik