19-03-2026
210
1. Müəssisə(lər)dən daxil olan aylıq, rüblük və illik SƏTƏM hesabatlarının toplanması, yoxlanması və ümumiləşdirilməsi;
2. Müəssisə(lər)in SƏTƏM göstəricilərinə dair məlumat bazasının yaradılması və mütəmadi yenilənməsini;
3. Müəssisə(lər)dən daxil olan qəza, hadisə, xəsarət və pozuntu halları barədə məlumatların vaxtında toplanması və təhlil edilməsi;
4. Müəssisə(lər)də SƏTƏM üzrə daxili və xarici yoxlamalar (auditlər) üçün tələb olunan sənədlərin və arayışların hazırlanmasında inzibati dəstək göstərilməsi;
5. İclas protokollarının, təqdimatların və rəsmi məktubların hazırlanması və aidiyyəti üzrə göndərilməsi;
6. SƏTƏM departamentinin rəhbərliyinin tapşırıqlarına uyğun digər inzibati və təşkilati işlərin icra edilməsi;
7. İş yerlərində risklərin qiymətləndirilməsini və aradan qaldırılması üçün tədbirlərin təklif edilməsi;
8. İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə təlimatlandırılması və maarifləndirilməsinin təşkil edilməsi;
9. Əmək şəraitinin yaxşılaşdırılması və təhlükəsiz istehsalat mühitinin yaradılması üçün təkliflərin irəli sürülməsi;
10. Müəssisə(lər)də əməyin mühafizəsi, sağlamlıq və təhlükəsizlik üzrə qəbul edilmiş qanunvericiliyə, norma və standartlara riayət olunmasına nəzarət edilməsi;
11. Müəssisə(lər)də baş vermiş qəza, hadisə və xəsarətlərin səbəblərinin araşdırılması və təhlilində iştirak edilməsi;
12. Vətəndaşlardan və kənar təşkilatlardan, digər strukturlardan departementə fəaliyyət sahəsi üzrə daxil olan məktub, ərizə, şikayət və təkliflərin araşdırılması və aidiyyəti üzrə cavablandırılması.
Ali təhsil (Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi; Sənaye mühəndisliyi və təhlükəsizlik texnologiyaları; Sənaye təhlükəsizliyi və Əməyin mühafizəsi; Ekologiya mühəndisliyi; Kimya mühəndisliyi ixtisası üstünlükdür)
Ən azı 2 il müvafiq sahə üzrə iş stajı;
AzDƏMTTETİ – Sənayedə texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları və normalarını bilməli;
Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ya ətraf mühitin mühafizəsi sahəsində digər yerli və/və ya beynəlxalq sertifikatlar (NEBOSH, IOSH, ISO 45001 və s.) olması üstünlükdür.
Son tarix
April 18, 2026
Paylaşılıb
mart 19, 2026
Vakansiya növü
Tam ştat