Z
Ana səhifə
/
/
/
Elektronika Mühəndisi (PCB Hardware Designer)

Elektronika Mühəndisi (PCB Hardware Designer)

Bu gün

9

Təsvir

·      Elektron sistemlərin və funksional blokların layihələndirilməsi və inkişaf etdirilməsi;

·      Elektron sistemlərin və PCB-lərin hardware dizaynının hazırlanması;

·      Elektron sxemlərin (schematic) layihələndirilməsi;

·      PCB komponentlərinin seçilməsi və uyğunlaşdırılması;

·      PCB layout və komponent yerləşiminin hazırlanması;

·      Power supply, signal conditioning, sensor interfeysləri və digər elektron blokların dizaynı;

·      Flight Controllerin hardware dizaynı və inkişaf etdirilməsi;

·      Avionika sistemləri üçün elektron modulların hazırlanması;

·      Rabitə və telemetriya bloklarının hardware dizaynı və inteqrasiyası;

·      RF modulların və rabitə interfeyslərinin sistemə inteqrasiyası;

·      Mikrocontroller, sensor, memory, power management və digər elektron komponentlərin PCB üzərində inteqrasiyası;

·      UART, SPI, I²C, CAN, RS-232/RS-485 və digər interfeyslərin hardware səviyyəsində tətbiqi;

·      Power Integrity və Signal Integrity məsələlərinin nəzərə alınması;

·      PCB-lərin EMI/EMC tələblərinə uyğun layihələndirilməsi;

·      Prototip PCB-lərin bring-up, debugging və funksional testlərinin aparılması;

·      Oscilloscope, multimeter, logic analyzer və digər laboratoriya avadanlıqlarından istifadə;

·      Hardware problemlərinin müəyyənləşdirilməsi və həll edilməsi;

·      PCB dizaynlarının istehsala hazırlanması və istehsal komandası ilə koordinasiya;

·      Gerber, BOM, Pick & Place və digər istehsal fayllarının hazırlanması;

·      Prototip və seriya istehsalından əldə olunan nəticələr əsasında PCB dizaynlarının optimallaşdırılması;

·      Hardware revision və texniki sənədləşdirmənin idarə olunması;

·      Elektron sistemlərin mexaniki və digər mühəndislik sistemləri ilə inteqrasiyası.

Tələblər

·      Elektronika mühəndisliyi, Elektrik mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil;

·      Elektronika və PCB hardware design sahəsində 2 ildən çox iş təcrübəsi;

·      PCB Hardware Designer / Hardware Engineer kimi iş təcrübəsi;

·      Analog və digital elektronika üzrə biliklər;

·      Schematic design və PCB layout hazırlamaq bacarığı;

·      Elektron komponentlərin texniki xüsusiyyətlərini analiz etmək və düzgün komponent seçimi aparmaq bacarığı;

·      Uçuş idarəetmə kartları və avionika elektronikasının hardware dizaynı üzrə təcrübə;

·      Rabitə və telemetriya bloklarının hardware hissəsinin layihələndirilməsi və ya inteqrasiyası üzrə təcrübə;

·      Mikrocontroller əsaslı sistemlərin hardware arxitekturasını başa düşmək;

·      Power supply və power management circuit-lərinin dizaynı üzrə bilik;

·      UART, SPI, I²C, CAN və digər kommunikasiya interfeysləri üzrə hardware səviyyəsində bilik;

·      PCB istehsal prosesləri və DFM prinsipləri haqqında anlayış;

·      Hardware debugging və elektron ölçmə cihazlarından istifadə bacarığı;

·      Texniki sənədləri oxuma və hazırlama bacarığı.

Vakansiya haqqında

Son tarix

October 11, 2026

Paylaşılıb

sentyabr 11, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər