Z
Ana səhifə
/
/
/
İnsan Resursları üzrə aparıcı mütəxəssis (İş qüvvəsi planlaşdırılması)

İnsan Resursları üzrə aparıcı mütəxəssis (İş qüvvəsi planlaşdırılması)

01-10-2025

720

Təsvir

İşlər və Öhdəliklər:

  • Təşkilati strukturun və işçilərin optimal sayına uyğun olaraq ştat cədvəlini (ona əlavə və dəyişiklikləri) tərtib etmək
  • Ştat vahidləri üçün normativ sayın müəyyən edilməsi məqsədilə texniki-iqtisadi göstəriciləri təhlil etmək
  • Ölçmə və xronometrajın aparılması, işçi sayının normativlərə uyğun müəyyənləşdirilməsi
  • Qüvvədə olan əməyin ödənilməsi dərəcələrinin, saatlıq tarif və aylıq vəzifə
  • maaşlarının düzgün tətbiq edilməsinə nəzarət etmək
  • İş vaxtından istifadə olunması, iş vaxtının itkisi üzrə göstəriciləri təhlil etmək, iş vaxtının uçotu tabellərində çatışmamazlıqları araşdırmaq və aradan qaldırılmaq
  • Növbəli iş rejimində işləyən işçilərin hər ay üçün iş qrafiklərini yoxlamaq və
  • ona dəyişikliklərin tərtib edilməsinə nəzarət etmək
  • Əməkdaşların şəxsi məlumatlarının vahid məlumat bazasına yığılmasına nəzarət etmək
  • Vəzifə (peşə) təlimatlarının işlənib hazırlanması
  • Sənəd dövriyyəsi, eləcə də elektron sənəd dövriyyəsinin təlimatların tələblərinə uyğun olaraq həyata keçirilməsi


Əlavə məlumatlar:

  • Əmək haqqı: Namizədə uyğun olaraq razılaşma əsasında
  • İş qrafiki: Həftə içi 5 gün
  • İstirahət günü: Şənbə, bazar
  • İş saatları: 08:30-17:30

İstehsalat sahəsi üzrə təcrübəsi olan namizədlərə üstünlük verilir.

 

Tələblər

Tələblər:

  • Ali təhsili (İqtisadiyyat və İdarəetmə təhsili arzuolunandır)
  • İnsan Resursları sahəsi üzrə 2 il iş təcrübəsi
  • AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyi
  • Əmək haqqının ödənilməsinin forma və qaydaları
  • Vahid Tarif-İxtisas Sorğu Kitabçaları
  • Əməyin normalaşdırılması qaydaları
  • Əsasnamə və vəzifə təlimatlarının tərtib edilməsi qayda və standartlarını;
  • MS Office proqramları (Word, Excel, PowerPoint, Outlook, VİSİO) bilikləri
  • Analitik düşüncə və problem həll etmə bacarığı
  • Məsuliyyətli, tez öyrənən, ünsiyyətçil olmaq, komandada işləmək bacarığı

 

Vakansiya haqqında

Son tarix

November 10, 2025

Paylaşılıb

oktyabr 1, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə