Z
Ana səhifə
/
/
/
İş Qüvvəsi Planlaşdırması üzrə aparıcı mütəxəssis

İş Qüvvəsi Planlaşdırması üzrə aparıcı mütəxəssis

Bu gün

4

Təsvir

·      Müəssisənin istehsal proqramına uyğun olaraq qısamüddətli və uzunmüddətli işçi qüvvəsi ehtiyacını müəyyənləşdirmək;

·      Struktur bölmələrdən daxil olan tələbləri təhlil etmək və işçi qüvvəsi planlarını hazırlamaq;

·      İş analizi aparmaq, mövcud əmək resurslarının səmərəli bölgüsü və optimallaşdırılmasını təmin etmək;

·      Kadr axıcılığı, yaş və peşə tərkibi, işçi qüvvəsinin effektivliyi və digər HR göstəricilərini təhlil etmək;

·      Analitik hesabatlar hazırlamaq və rəhbərliyə əsaslandırılmış təkliflər təqdim etmək;

·      Kadr ehtiyatının formalaşdırılması və yenilənməsində iştirak etmək;

·      Təlim, sertifikasiya və inkişaf proqramlarının planlaşdırılmasına dəstək göstərmək;

·      İşə qəbul planlarının hazırlanması və icrasını izləmək;

·      Kadr təminatı risklərini təhlil etmək və müvafiq tədbirlər hazırlamaq;

·      İşçi qüvvəsinin idarə olunması üzrə daxili qayda, prosedur və metodik sənədlərin hazırlanmasında iştirak etmək;

·      Əmək bazarı və yeni peşə/bacarıq tələblərini izləmək;

·      Rəhbərliyin tapşırıqlarını vaxtında və keyfiyyətlə icra etmək.

Tələblər

·      Ali təhsil – İnsan resurslarının idarə edilməsi, İqtisadiyyat, Texniki, Sənaye mühəndisliyi, İdarəetmə və təşkilati inkişaf;

·      HR, workforce planning, HR analytics və ya əlaqəli sahədə minimum 4 il iş təcrübəsi;

·      İşçi qüvvəsinin planlaşdırılması və HR məlumatlarının təhlili bacarığı;

·      MS Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;

·      Analitik və sistemli düşüncə;

·      Hesabat və təqdimat hazırlamaq bacarığı;

·      Yüksək məsuliyyətlilik və detallara diqqət;

·      Güclü kommunikasiya və komanda ilə işləmək bacarığı;

·      Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;

·   İngilis dili biliyi arzuolunandır.

Vakansiya haqqında

Son tarix

September 30, 2026

Paylaşılıb

avqust 31, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə