Təsvir
Öhdəliklər:
- İstehsal proseslərinin texnoloji ardıcıllığının hazırlanması və həyata keçirilməsinə nəzarət;
- İstehsalın GOST, ISO, və digər normativ sənədlərin tələblərinə uyğun təşkil edilməsi;
- Texnoloji təlimatlar, spesifikasiyalar, resepturalar, texnoloji xəritələr və digər sənədlərin hazırlanması;
- İstehsalatda istifadə olunan materialların, xammalın və komponentlərin texniki tələblərə uyğunluğunun yoxlanılması;
- Keyfiyyətə nəzarət və laboratoriya bölmələri ilə qarşılıqlı işin təşkili;
- Mövcud texnoloji proseslərin təkmilləşdirilməsi, istehsal xərclərinin azaldılması və məhsuldarlığın artırılması üçün təkliflərin hazırlanması;
- Mövcud keyfiyyət idarəetmə sistemlərinin tələblərinə uyğun sənədləşmə və nəzarət;
- Təhlükəsizlik və ekoloji tələblərin yerinə yetirilməsinə nəzarət;
- İstehsal zamanı ortaya çıxan texnoloji problemlərin operativ həlli.
Əlavə məlumatlar:
- Əmək haqqı: Namizədə uyğun olaraq razılaşma əsasında
- İş qrafiki: Həftə içi 5 gün
- İstirahət günü: Şənbə, bazar
- İş saatları: 08:30-17:30
- Ünvan: Müəssisə Bakı şəhərində yerləşir.
Tələblər
- Ali texniki təhsil (mühəndis-texnoloq, mexanika, maşınqayırma və s. üzrə);
- İstehsalat və ya texnoloji mühəndislik sahəsində ən azı 3 illik iş təcrübəsi;
- İstehsal və texnoloji proseslər barədə praktik biliklər;
- GOST, ISO, və digər beynəlxalq standartlarla işləmək bacarığı;
- Texnoloji proseslərin sənədləşməsi və normativ hesabatların tərtibatı üzrə təcrübə;
- MS Office proqramları və texnoloji modelləşdirmə proqramlarında (AutoCAD, SolidWorks, COMSOL və s.) işləmək bacarığı;
- Keyfiyyət idarəetmə sistemləri (ISO 9001, 14001, 45001, HACCP və s.) barədə biliklər;
- Analitik düşüncə, məsuliyyətli və nəticəyönümlü iş prinsipi;
- Azərbaycan dilində sərbəst, rus və/ya ingilis dillərini bilmək üstünlükdür.
Vakansiya haqqında
Son tarix
December 10, 2025
Paylaşılıb
oktyabr 31, 2025
Kateqoriya
Digər