Z
Ana səhifə
/
/
/
Təşkilati inkişaf üzrə baş mütəxəssis

Təşkilati inkişaf üzrə baş mütəxəssis

Dünən

283

Təsvir

Əmək funksiyaları:


1.    Şöbənin fəaliyyət istiqamətləri üzrə qaydaların hazırlanması, müqayisələrin aparılması və təkliflərin hazırlanması;

2.    Əməkdaşların illik fərdi məqsədlərinin müəyyən edilməsi, məqsədlərlə bağlı əsas səmərəlilik göstəricilərinin (ƏSG) və səmərəlilik göstəricilərinin (SG) təyin olunması;

3.    Əməkdaşların illik fəaliyyətinin qiymətləndirilməsinin yekun nəticələrinin hazırlanması və buna uyğun olaraq əməkdaşların əldə edəcəkləri mükafat miqdarının hesablanması;

4.    Yüksək əmək fəaliyyəti (performans) göstərən və potensiallı əməkdaşların müvafiq təhlillər əsasında müəyyən edilməsi.

5.    Karyera planı və karyera xəritələrinin hazırlanması;

6.    Fərdi inkişaf planlarının hazırlanması;

7.    Davamçıların idarə edilməsi planının hazırlanması.

8.    Təşkilatın səriştə modelinin hazırlanması və inkişaf etdirilməsi;

9.    Vəzifə və peşə təlimatlarının hazırlanması və ehtiyac yarandıqda müvafiq məlumatlandırma sessiyalarının həyata keçirilməsi;

10. Şöbənin fəaliyyəti istiqamətində müvafiq dövrü hesabatların hazırlanması;

11. Əməkdaşların təlim ehtiyacları, fərdi inkişaf və karyera planları əsasında təlim proqramlarında hazırlanması;

12. Müəssisədaxili təlimçi proqramının idarə edilməsi;

13. Təlim nəticələrinin qiymətləndirilməsi və təhlil edilməsi;

14. Yeni gələn əməkdaşlar üçün adaptasiya proseslərinin idarə edilməsi;

15. Təcrübəçi proqramının idarə edilməsi;

16. İstehsalat təcrübəsi ilə bağlı təhsil müəssisələri ilə əməkdaşlığın qurulması, müvafiq strategiyanın hazırlanması və inkişaf etdirilməsi;

17. Müxtəlif növ təlimlərin təşkili üçün hazırlanmış tədris-mövzu planları layihələrinin qiymətləndililməsi və müvafiq meyarların təkmilləşdirilməsi.

18. Əməyin ödənilməsi sisteminin qurulması və inkişaf etdirilməsi;

Tələblər

Tələblər:

  • Təhsil pilləsi: Bakalavr (magistr dərəcəsi olması arzuolunandır);
  • Təhsil istiqaməti: İnsan resurslarının idarə edilməsi, iqtisadiyyat, idarəetmə (menecment), biznesin idarə olunması və digər uyğun sahələr;

·      İş təcrübəsi: 6 il müvafiq sahə üzrə iş stajı; 1 il müvafiq sahə üzrə baş mütəxəssis vəzifələrində iş stajı;

·      Dil bilikləri: Azərbaycan dili (yüksək səviyyədə);

·      Kompüter bilikləri: peşəkar səviyyədə Microsoft Office proqramları (MS Word, MS Excel, MS Power Point, MS Outlook, MS Visio);

·      İnsan resurslarının idarə edilməsi sahəsində sertifikatlar (SHRM, HRCI, CIPD və s.) arzuolunandır.

 

Vəzifənin tələb etdiyi səriştələr:

·      Nəticə yönümlülük;

·      Komanda ruhu;

·      Kommunikasiya;

·      Problem həll etmək;

·      Dəyişikliklərə uyğunlaşmaq;

·      Data analitika;

·      Layihələri idarə etmək;

·      Riskləri idarə etmək;

·      Strateji düşünmək;

·      Prosesləri idarə etmək;

·      Qərar qəbul etmək;

·      Fərdi fəaliyyətin qiymətləndirilməsi;

·      Vəzifə təlimatlarının hazırlanması;

·      Müdafiə sənayesi ilə bağlı məlumatlılıq;

·      Əməyin ödənilməsi qaydası;

·      Təlim və inkişaf;

·      Karyeranın idarə edilməsi;

·      Əmək Məcəlləsi;

·      İnsan resursları sahəsi üzrə digər normativ hüquqi sənədlər və təlimatlar.

Vakansiya haqqında

Son tarix

November 18, 2025

Paylaşılıb

oktyabr 9, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə