Z
Ana səhifə
/
/
/
Təşkilati inkişaf üzrə mütəxəssis

Təşkilati inkişaf üzrə mütəxəssis

Bu gün

4

Təsvir

·      Funksional istiqamət üzrə yenilik və trendləri izləmək, proseslərin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;

·      Şöbənin fəaliyyət istiqamətləri üzrə qayda, prosedur və metodiki sənədlərin hazırlanmasında iştirak etmək;

·      Əmək fəaliyyətinin qiymətləndirilməsi prosesini koordinasiya etmək, fərdi məqsəd və göstəricilərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və nəticələrin hazırlanmasına dəstək göstərmək;

·      Əməkdaşların performans nəticələrini təhlil etmək, yüksək potensiallı və yüksək performans göstərən əməkdaşların müəyyənləşdirilməsində iştirak etmək;

·      Karyera planlarının, karyera xəritələrinin, fərdi inkişaf və davamçıların idarə edilməsi planlarının hazırlanmasını və tətbiqini dəstəkləmək;

·      Təşkilatın səriştə modelinin hazırlanması və inkişaf etdirilməsində iştirak etmək;

·      Vəzifə və peşə təlimatlarının, əsasnamə və digər normativ sənədlərin hazırlanması və yenilənməsini həyata keçirmək;

·      Təlim ehtiyaclarını təhlil etmək, təlim plan və proqramlarının hazırlanmasını və təlimlərin təşkilini koordinasiya etmək;

·      Təlimlərin effektivliyini və iştirakçı məmnuniyyətini qiymətləndirmək;

·      Yeni işə qəbul olunan əməkdaşların adaptasiya və təcrübəçi proqramlarının həyata keçirilməsinə dəstək göstərmək;

·      Təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində istehsalat təcrübəsinin təşkilində iştirak etmək;

·      İşçi qüvvəsi, kadr axıcılığı, demoqrafik göstəricilər, performans, işçi bağlılığı və təlim nəticələri üzrə məlumatları təhlil etmək və hesabatlar hazırlamaq;

·      HR göstəricilərinin vizuallaşdırılması və analitik təqdimatların hazırlanmasında iştirak etmək;

·      Təşkilati strukturun təhlili və optimallaşdırılması üzrə təkliflər hazırlamaq;

·      Şöbənin fəaliyyəti üzrə dövri hesabatları, əmr layihələrini, məktub və digər sənədləri hazırlamaq;

·      Rəhbərliyin tapşırıqlarını vaxtında və keyfiyyətlə icra etmək.

Tələblər

·      Ali təhsil – İnsan resurslarının idarə edilməsi, iqdisadiyyat, idarəetmə və biznesin idarə olunması

·      HR, təşkilati inkişaf, performansın idarə edilməsi, təlim və inkişaf və ya əlaqəli sahədə 2 il iş təcrübəsi;

·      HR analitikası və məlumatların təhlili bacarığı;

·      MS Office, xüsusilə Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;

·      Analitik düşüncə və problem həll etmə bacarığı;

·      Hesabat və təqdimat hazırlamaq bacarığı;

·      Güclü kommunikasiya və komanda ilə işləmək bacarığı;

·      Yüksək məsuliyyətlilik və detallara diqqət;

·      Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;

·      İngilis dili biliyi arzuolunandır.

Vakansiya haqqında

Son tarix

September 30, 2026

Paylaşılıb

avqust 31, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə