Aztelekom MMC
Ana səhifə
/
/
/
Hüquqşünas (Qaradağ rayonu, Lökbatan qəsəbəsi)

Hüquqşünas (Qaradağ rayonu, Lökbatan qəsəbəsi)

04-04-2024

1.8K

Bağlanılıb

Təsvir

  • Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi təhlil işini icra etmək;
  • Dövlət orqanlarında şirkəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq;
  • Filialın struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yarana biləcək hüquqi mübahisələrin tənzimlənməsi, mənafelərinin məhkəmələrdə və digər dövlət orqanlarında, eyni zamanda fiziki və hüquqi şəxslərə qarşı hüquqi müdafiəsini təmin edir;
  • Şirkətin tərəf olduğu məhkəmə mübahisələrində iştirak etməklə, ona verilmiş səlahiyyətlər çərçivəsində şirkətin qanuni maraqlarının etibarlı müdafiəsini təmin edir;
  • Rabitə xətlərinin və avadanlıqlarının mühafizəsi qaydalarının pozulması hallarında təxirəsalınmaz hüquqi tədbirlər həyata keçirmək, cinayət xarakterli olduğu halda cinayət işlərinin qaldırılmasını və aparılan cinayət işlərinin təqib edilməsini təmin edir, o cümlədən məhkəmələrdə şirkətin maraqları naminə iddialar qaldırır və onların şirkətin lehinə təmin edilməsi üçün vicdanlı və məsuliyyətlə çalışır;
  • Mütəmadi olaraq rabitə xətt qurğularının zədələnməsinə qarşı görülən hüquqi tədbirləri təhlil edir, nəticəsi barədə rəhbərliyə məlumatlar hazırlayır, vurulmuş zərərin ödətdirilməsi (kompensasiya edilməsi) istiqamətində hüquqi tədbirlər görür;
  • Şirkətin göstərmiş olduğu xidmətlər nəticəsində vaxtında icra edilməmiş öhdəliklərin yerinə yetirilməsi istiqamətində hüquqi tədbirləri həyata keçirir;
  • Rabitə qaydaları əleyhinə olan inzibati hüquq pozmalara dair görülmüş işləri mütamadi olaraq təhlil edir, nəticələri barədə rəhbərliyə arayış hazırlayır. İnzibati xətalar üzrə çıxarılmış qərarların icrası üçün tədbirlər görür;
  • Filialdaxili sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək, hüquqi rəy üçün daxil olan daxili normativ sənəd və müqavilə layihələrinə rəy vermək;
  • İdarəetmə orqanlarının qərarlarının icrasına nəzarət etmək;
  • İnzibati xəta üzrə və ya cinayət işləri üzrə şirkəti təmsil etmək;
  • Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək.


Tələblər

  • Ali hüquq təhsili olmalı;
  • Hüquq sahəsi üzrə ən azı 2 (iki) il iş təcrübəsinə malik olmalı;
  • Məhkəmə və icra orqanları ilə iş üzrə təcrübəsi olmalı;
  • Normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı;
  • Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı;
  • Korporativ idarəetmə sənədləri ilə iş təcrübəsi olmalı;
  • Yerli və xarici tərəfdaşlarla müqavilələrlə iş təcrübəsi olmalı;
  • Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli;
  • Hüquqi nitq və yazışma qabiliyyəti olmalı;
  • Azərbaycan dilini sərbəst bilməli, ingilis və rus dillərini bilməsi arzuolunandır;
  • Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli;

Vakansiya haqqında

Son tarix

may 30, 2024

Paylaşılıb

aprel 4, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Hüquq