İşiniz nədən ibarətdir?
• Statistika və maşın öyrənmə metodlarının vasitəsi ilə Data Elmi istifadə hallarını dizayn və tətbiq etmək
• Tövsiyə sistemləri, skorinq modelləri üçün yeni həlləri araşdırmaq və istifadə etmək
• Kompleks maliyyə datasının təhlili üçün ən son analitika texnikalarını tətbiq etmək
• Risk qiymətləndirməsi və saxtakarlıq aşkar edilməsi üçün maşın öyrənməsi modelləri hazırlamaq
• Bankın daxilində innovasiya aparacaq şəkildə maşın öyrənmə və generativ süni intellekt sahəsində son yenilikləri izləmək
• Müxtəlif komandalara datadan effektiv istifadə və data-əsaslı qərarlar qəbul etməkdə kömək etmək
Sizdən nə tələb olunur?
• Data Elmi, Statistika, Kompüter Elmləri və ya buna bənzər texniki sahədə magistr/bakalavr dərəcəsi
• Real dünya problemlərinə analitik həllərin tətbiqində sübut edilmiş təcrübə
• Problemləri həll etmə və qərar qəbul etmə bacarığı
• Kommersiya və daha geniş biznes məsələlərini başa düşmək bacarığı
• Data analizi və modelləşdirmə üçün Python və ya R proqramlaşdırma dilində rahat işləmə bacarığı
• Maşın öyrənmə kitabxanaları (məsələn, scikit-learn, TensorFlow, PyTorch) ilə təcrübə
• Datanın əldə edilməsi və manipulyasiyası üçün güclü SQL bacarığı
• Data vizuallaşırma kitabxanaları (məsələn, seaborn, matplotlib) ilə işləmə bacarığı
• Linux, obyekt-əsaslı proqramlaşdırma və versiya kontrol sistemləri ilə təcrübə
• Kompleks texniki analiz nəticələrini biznesə ötürmək üçün əla kommunikasiya bacarığı
• Bank əməliyyatları, maliyyə məhsulları və risk idarəçiliyinə marağın olması (arzuolunandır)
Son tarix
oktyabr 21, 2023
Paylaşılıb
sentyabr 22, 2023
Vakansiya növü
Tam ştat